-
Kəşf edilmiş faydalı qazıntı yataqlarının dövlət geoloji ekspertizasının aparılmasına olan tələblər aşağıdakılardır: -
Yataqların dağ-texniki, hidrogeoloji, mühəndis-geoloji və digər istismar şəraitləri, faydalı qazıntıların kəmiyyəti, keyfiyyəti, yatım şəraiti, tərkibi və digər xüsusiyyətləri haqqında məlumatları, filiz kütləsinin sayı, forması və ölçüləri, əsas və yanaşı komponentlərin miqdarı, zərərli komponentlərin mövcudluğu -
Faydalı qazıntı yataqlarının açılışı və istismarı prosesində alına biləcək əsas və əlavə məhsulların mümkün istehlakçıları, hasilat və emalın ətraf mühitə mənfi təsiri nəzərə alınmaqla mümkün iqtisadi səmərəliliyi haqqında məlumatlar -
Yataqda əsas komponentlə yanaşı çıxarıla və istifadə oluna biləcək digər faydalı qazıntı növləri və qiymətli komponentlərin olması, eləcə də istismar zamanı çıxarılacaq yan süxurlar, onların sənayedə istifadəsi üçün yararlığı (tikinti və digər material kimi) haqqında məlumatlar -
Faydalı qazıntının texnoloji öyrənilməsi, onun texnoloji xüsusiyyətlərinin qiymətləndirilməsinin elmi-metodiki səviyyəsinin analoji mineral xammalın emalının müasir səviyyəsinə və qəbul edilmiş göstəricilərin texniki-iqtisadi əsaslandırma və kondisiya layihəsində nəzərdə tutulmuş göstəricilərə uyğunluğu
-
Neftli-qazlı sahələrin dövlət geoloji ekspertizasının aparılmasına olan tələblər aşağıdakılardır: -
Neft və qaz ehtiyatlarında sahə və ya fərdi quyu ilə əvvəlcədən hesablanması üçün zəruri materiallar -
Müasir tədqiqat üsulları ilə kəsilişlərin litologiyaya görə ayrılması və korrelyasiyası, neftli, qazlı və sulu layların aşkara çıxarılması, kollektorların neft-qaz doyumluluğun müəyyənləşdirilməsi, həmçinin məsaməlik, keçiricilik, gilliliyin təyin olunması və s. öyrənmək üçün materiallar hazırlanmalı -
Tədqiqat işində kollektorların məhsuldarlığını proqnozlaşdırmaq üçün ilk öncə yataq üzrə müxtəlif quyu məlumatlarından istifadə edərək kəsiliş boyunca öyrənilməsi lazım olan intervallar müəyyənləşdirilməli -
Öyrənilməsi səmərəli olan laylar üzrə süxurların fiziki və kimyəvi xüsusiyyətlərindən, ən əsası isə petrofiziki parametrlərindən və karotaj məlumatlarından istifadə olunması -
Bütün tədqiq edilmiş, qiymətləndirilmiş, yataqların işlənməsi və işlənməsində iştirak edən, o cümlədən texnoloji baxımdan ehtiyatların hesablanması və yenidən qiymətləndirilməsi üçün materiallar -
Neft-qaz kondensatını bərpa edən amillərin texniki-iqtisadi əsaslandırılması
-
İstismar olunmuş faydalı qazıntı yataqlarının dövlət geoloji ekspertizasının aparılmasına olan tələblər aşağıdakılardır: -
İstismar edilən yataqlar üçün mədən sahəsinin geoloji informasiyasının, hasil edilən ehtiyatın kəmiyyəti və keyfiyyəti, itkilər, kasadlaşma, hasilat və emal prosesində əsas və yanaşı komponentlərin çıxımı haqqında məlumatlar, istismar fəaliyyətinin nəticələri -
İstismar edilən yataqlar üçün istismar kəşfiyyatının məlumatları, hasilat və emal tullantılarının istifadəsi üzrə göstəricilərin uyğunluğu, hasilat və emalın iqtisadi göstəricilərini (maya dəyəri, mənfəət və s.) -
Əsas və alternativ variantlar göstərilməklə ehtiyatın hesablanması üçün kondisiya və hər bir variantın yatağın işlənməsinin iqtisadi göstəricilərinə təsiri haqqında məlumatı -
Faydalı qazıntının ehtiyat kateqoriyaları, tipləri və növləri üzrə ehtiyatların bütün göstəricilərinin (komponentlərin miqdarı, qalınlıq, həcm, təshih əmsalı və s.) təyini və hesablamaları -
Təbiəti mühafizə və sərvətlərin qorunması tədbirləri, təyinatı, təşkili və icra üsulları, gözlənilən xərclər və səmərəlilik haqqında məlumatı
-
Faydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar olmayan və istifadə üçün yararlı olan yer təki sahələri haqqında informasiyanın dövlət geoloji ekspertizasının aparılmasına olan tələblər aşağıdakılardır: -
Sahənin geoloji informasiyası, sahənin coğrafi-iqtisadi mövqeyi və istifadə (istismar) şəraiti haqqında məlumatlar -
Tullantıların yerləşdirilməsi üçün nəzərdə tutulan yerin təki sahəsində yerləşəcək qurğunun təyinatı, əsas göstəriciləri, işə salınma və istismarın nəzərdə tutulan müddətləri -
Radioaktiv və təmizlənməsi mümkün olmayan yüksək toksik tullantıların basdırılması üçün nəzərdə tutulan yerin təki sahələri üzrə, eyni zamanda bərk tullantıların basdırılmasında istifadə olunan süxurların su keçirməməsinin etibarlılığının qiymətləndirilməsinin nəticələri
-
Ekspert layihəsinin icrası barədə qərar qəbul etməzdən əvvəl onu yerinə yetirmək öhdəliyi -
Geoloji ekspertizaya təqdim olunan məlumatların etibarlılığı və dolğunluğu -
Geoloji ekspertizanın nəticələrinin elmi əsaslılığı və obyektivliyi -
Səlahiyyətlərini həyata keçirərkən geoloji ekspertiza mütəxəssislərinin müstəqilliyi