Hərrac və müsabiqə

auction
auction auction

Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli 205 nömrəli “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” Fərmanına 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi (bundan sonra – Agentlik) “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. Həmin Fərmanın 5.6-cı bəndinə əsasən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il müsabiqə və hərraca çıxarılması nəzərdə tutulan yer təki sahələrinin siyahısını hazırlayıb Nazirliyin rəsmi internet saytında yerləşdirir, yerin təkinin istifadəyə verilməsini azad rəqabət mühitində təmin edir.

Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2019-cu il tarixli 613 nömrəli “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanın 3.1.9-cu bəndinə əsasən, Agentlik Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, hər il müsabiqə və hərraca çıxarılması nəzərdə tutulan yer təki sahələrinin siyahısını hazırlamaq, Nazirliyin rəsmi internet saytında yerləşdirmək, müsabiqə və hərracları keçirmək, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada yer təkinin istifadəyə verilməsində azad rəqabət mühitini təmin etmək vəzifəsi vardır.

Agentlik 2021-ci ildən etibarən faydalı qazıntı ehtiyatları təsdiq edilmiş yer təki sahələrini hərrac və müsabiqə yolu ilə istismara verilməsinə başlamışdır.