background_img

Nəzarət

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi Azərbaycan Respublikasında yer təki istifadəçiləri üzərində monitorinq və nəzarət sahəsində fəaliyyətlə yanaşı yerin təkindən səmərəli istifadəyə, onun mühafizəsinə və geoloji öyrənilməsinə nəzarəti həyata keçirmək məqsədilə zəruri məlumatları toplayır, qiymətləndirir, müşahidələr və təhlillər aparır. Həmçinin fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

img1
  • Yer təkinin istifadəsinə və yerin təkindən özbaşına istifadəyə yol verilməməsinə nəzarət məqsədilə müxtəlif araşdırmalar aparmaq, mineral resursların geniş yayılmış dövlətə məxsus torpaqların, kəşf edilmiş yataqların qorunmasını təşkil etmək, mütəmadi olaraq istifadəçilərə ayrılmış sahələrə baxış keçirmək
  • Faydalı qazıntı ehtiyatlarının qiymətləndirilməsi işlərinin və ya faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadəyə verilən yer təki sahəsinin xüsusiyyətlərini təyin edəcək qabaqlayıcı geoloji və geo-ekoloji işlər aparılmasına nəzarət məqsədli zəruri yoxlamalar, araşdırmalar aparmaq və digər zəruri hərəkətləri icra etmək
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq ölkədə faydalı qazıntıların çıxarılması ilə məşğul olan, bu sahədə fəaliyyət göstərən və fəaliyyəti dayandırılmış fiziki və hüquqi şəxslərin, faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu aparmaq, görülən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu müəyyən etmək məqsədli müxtəlif məlumatlar toplamaq, toplanılmış məlumatları təsnifləşdirmək və qiymətləndirmək
  • Faydalı qazıntılar çıxarılarkən təbii ehtiyatlardan kompleks istifadə tələblərinə, o cümlədən faydalı qazıntıların və yanakı komponentlərin yerin təkindən daha dolğun çıxarılmasına nəzarət etmək məqsədilə zəruri hərəkətlər həyata keçirmək
  • Faydalı qazıntılar çıxarılarkən təbii ehtiyatlardan kompleks istifadə tələblərinə, o cümlədən faydalı qazıntıların və yanakı komponentlərin yerin təkindən daha dolğun çıxarılmasına nəzarət etmək məqsədilə zəruri hərəkətlər həyata keçirmək
  • Çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində sənaye və məişət tullantılarının yığılmasının qarşısını almaq üçün aidiyyəti üzrə məsələ qaldırmaq, habelə yeraltı içməli suların minerallaşmış və ya kondisiyaya uyğun gəlməyən sularla qarışması təhlükəsi olan sahələrdə yeraltı içməli suların rejiminə nəzarət etmək məqsədilə araşdırmalar, müşahidələr aparmaq, zəruri olan yerlərdə bənd möhkəmləndirici və sair işləri təşkil etmək, suyun nümunələrinin analizini təşkil etmək, müxtəlif təbiət və resursqoruyucu qurğuların, avadanlıqların, texnologiyaların inşasına, əldə edilməsinə dair təklif və tövsiyələr vermək
  • Yerin təkindən istifadədən sonra istifadəçilər tərəfindən və onların vəsaitləri hesabına torpaqların yuyulması, təmizlənməsi, bərpası, məhsuldarlığının artırılması sahəsində fəaliyyətin həyata keçirilməsini tələb etmək
  • Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq yer təkinin bütün istifadəçilərinin yer təkindən istifadəyə dair müəyyən edilmiş qaydalara, qanunvericiliyin tələblərinə, standartlara, normalara əməl etmələrinə nəzarət məqsədilə yoxlamalar, araşdırmalar, müşahidələr və təhlillər aparmaq
img2