22 avqust 2022
14 sentyabr 2022-ci il tarixində növbəti hərrac keçiriləcək
Yer
təkindən istifadə ilə bağlı 14 sentyabr 2022-ci il tarixində saat 11:00-da
keçiriləcək hərracın elanı
Göygöl rayonu “Çaykənd” bazalt
yatağı
N |
Yatağın adı |
LOT
|
Həcmi |
Sahəsi |
Faydalı qazıntının növü |
İstismar müddəti |
Yatağın
koordinatı |
Başlanğıc qiyməti (manatla) |
Beh məbləği (10%) (manatla) |
1 |
Çaykənd |
LOT-1 |
3548000 m3 |
10,8 ha |
bazalt |
25 ilə qədər |
618 919.00 448 2344.00 |
354 800 |
35
480 |
Hərracın
keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza
Ulutürk 20 Bakı, Azərbaycan, 1029.
Qeyd:
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat
almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün eyni zamanda Əmlak
Xidmətləri Məkanına da müraciət edə bilərlər. (Bakı şəhəri, Nizami rayonu, Xəlil
Rza Ulutürk küçəsi, 20) Çağrı mərkəzi: 193, tel: (012) 566-07-44
Yer təki sahəsindən faydalı
qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalı və hərracda iştirak
etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);
2. Hərracda xidmət haqqının ödənilməsi barədə bank sənədinin
əslini;
3.
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması
haqqında müvafiq vergi orqanından arayış;
4. İddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında
bank arayışı (hesabdan
çıxarış);
5.
İddiaçının
tam adı, hüquqi statusu: Hüquqi şəxsdirsə - nizamnaməsi, VÖEN-şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; fiziki şəxsdirsə - şəxsiyyəti təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi;
6.
İddiaçının
ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1
geoloq ilə bağlanmış
əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin
surəti;
7.
İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib
olunmalıdır.
İddiaçılar hərracda
iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 27 iyul 2022-ci il saat
16:00-a qədər Bakı şəhəri,
Səbail rayonu, İstiqlaliyyat, 31 ünvanına təqdim etməlidirlər.
Hərracda
iştirak etmək üçün hüquqi və fiziki şəxslər
Agentliyə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə
tutulmuş qaydada ərizə (bundan sonra “ərizə”)
təqdim edir.
Göstərilən vaxtdan
gec təqdim olunmuş
sənədlər açılmadan geri qaytarılacaqdır.
Hərracda iştirak
etmək istəyənlər 540 manat məbləğində xidmət haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra, Azərbaycan
dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, İstiqlaliyyat, 31 (Əlaqələndirici şəxs: Elçin Məcidov,
telefon: (012) 505 97 82 (daxili 107)) ünvanından ala bilərlər.
Hesab:AZ61AIIB38020019440812108103 |
VÖEN 1306614461 |
Bank: "Kapital Bank" ASC, Yasamal filialı |
Kodu: 200037 |
VÖEN: 9900003611 |
M/H: AZ37NABZ01350100000000001944 |
S.W.İ.F.T:
AIIBAZ2X |
Xidmət haqqı heç bir halda geri qaytarılmır.
Agentlik tərəfindən (hərrac komissiyası tərəfindən lazımi sənədlər
yoxlandıqdan sonra) hərrac iştirakçısına hərrac ilə bağlı dəvət məktubu
verildikdən sonra 2 (iki) iş günü ərzində başlanğıc qiymətinin 10% miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği
ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.
Hərracın qalibi aşağıdakı şərtlərə əməl etməlidir
Faydalı
qazıntı çıxarmaq üçün verilmiş "Dağ-mədən ayırması aktına” görə qoyulan tələblər:
-
yerin təkindən istifadə məqsədilə dağ-mədən
fəaliyyətinə başlamadan öncə “Dağ-mədən işlərinin inkişafı planı”nın,
Topoqrafiq planın 10 iş günü müddətində Agentliyə təqdim olunması təmin edilməlidir;
-
yerin təkindən istifadə məqsədilə dağ-mədən
fəaliyyətinə başlamadan öncə rəsmiləşdirilmiş torpaqayırma sənədlərinin, o cümlədən
torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiqlənmiş yerquruluşu planının və
ya torpaq sahəsinin ölçüsü və planı sənədinin 30 gün ərzində təqdim olunması təmin
edilməlidir;
-
üst açma zamanı torpağın münbit qatının
sıyrılaraq səmərəli istifadə məqsədilə
saxlanılması, qum-çınqıl materialının götürülməsi başa çatan ərazilərin
rekultivasiya edilməsinin və gələcəkdə istifadə üçün yararlı hala salınaraq
torpaq sahibinə qaytarılmasının təmin edilməsi;
-
Respublikaının avtomobil yollarından və yol
qurğularından istlfadə edilərkən, onların qorunmasının təmin olunması məqsədilə
AR Nazirlər Sovetinin 1989-cu il 17 noyabr tarixli 461 nömrəli Qərarının tələblərinə
riayət edilməsi;
-
“Magistral boru kəmərlərinin, körpülərin,
hidrotexniki qurğuların və yüksək gərginlikli elektrik hava xətlərinin mühavizəsinin
gücləndirilməsinə dair bəzi tədbirlər barədə “Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2008-ci il 19 avqust tarixli 191 saylı Qərarının tələblərinə riayət
edilməsi;
-
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 351 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu
haqqında” Əsasnamənin əlavəsinə müvafiq olaraq istehsal üçün təyin olunmuş ödənişin
vaxtında ödənilməsinin təmin edilməsi;
- istismar zamanı ayrılmış “Dağ mədən ayırması” sahəsindən kənaraçıxma
hallarına yol verilməməsi və istismar işlərinin müəyyən edilmiş dərinliyə qədər
aparılmasının təmin olunması;
-
fəaliyyət dövründə ekoloji tələblərə ciddi riayət edilməsi;
-
karxananın istismarı üçün hər il “Dağ-mədən işlərinin inkişaf planı”nın tərtib
olunaraq müəyyən olunmuş qaydada Agentlik ilə razılaşdırılması;
-
Azərbaycan Respublikası qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə
standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların
normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi;
-
yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin
edilməsi, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə mövcud istismar sahəsinin
hasarlanması, giriş çıxış yollarının işarələnməsi, Dağ mədən ayırması
hüdudlarından kənar ərazilərin sözügedən fəaliyyətlə əlaqəli olan antropogen təsirlərdən
qorunması;
-
istismar işlərinin aparılması zamanı hakim küləklərin nəzərə alınması, qeyri
üzv tozun yaranmasının və ətraf yaşayış məntəqələrinə yayılmasının qarşısının
alınması üçün müvafiq tədbirlərin görülməsi;
-
nəqletmə zamanı avtomobil nəqliyyatlarının banının xüsusi çadırlarla ötürülməsinin
təmin edilməsi;
-
sanitar və ekoloji mühafizə tələblərinə əməl edilməsi;
-
Faydalı qazıntı çıxaran müəssisə rəhbərləri və vəzifəli şəxsləri "Dağ-mədən
ayırması" statusunu təsdiq edən aktdan irəli gələn, yer təkinin istifadəçisi
kimi vəzifə borclarını yerinə yetirmədiklərinə və "Yerin təki
haqqında" qanunun tələblərini pozduqlarına görə məsuliyyət daşıyırlar.
Yerin təkindən özbaşına istifadə edən cavabdeh vəzifəli şəxslər və sahibkarlar
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar.
-
Faydalı qazıntı çıxaran müəssisədə "Dağ-mədən
ayırması"nı təsdiq edən aktın, "Dağ-mədən ayırması" sənədlərinin
dolğun və düzgün olmasına, həmçinin "Dağ-mədən ayırması" hüdudları
daxilində dağ işlərinin aparılmasında "Yer təki haqqında" qanuna riayət
olunmasına nəzarəti Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi həyata
keçirir.
-
yatağın işlənməsini faydalı qazıntı çıxaran müəssisənin təsdiq olunmuş layihəsinə,
dağ işlərinin inkişaf planına və texniki istismar qaydalarına uyğun yerinə
yetirilməldir;
-
yataqlardan əsas və onlarla birlikdə yatan faydalı qazıntıları və sənaye əhəmiyyəti
kəsb edən qiymətli komponentləri çıxarmaq üçün daha səmərəli effektliliyə malik
üsulları və işlənmə sistemləri tətbiq edilməlidir;
-
faydalı qazıntıların normadan artıq itirilməsinə və kasadlaşmasına, həmçinin
yataq və lay sahələrinin seçmə yolla işlənməsinə yol verməmlidir;
-
faydalı qazıntı yatağının kəşfiyyatardı və istismar kəşfiyyatının, digər
geoloji işlərin, markşeyder işlərinin aparılmasını, həmçinin geoloji,
markşeyder və texniki sənədlərdə tələb olunan işləri yerinə yetirməlidir;
-
faydalı qazıntı ehtiyatlarının vəziyyətinin, hərəkətinin, itirilməsinin və
kasadlaşmasının hesabatının aparılmasını həyata keçirməlidir;
-
dağ işlərinin aparılması zamanı işlənən və onunla qonşuluqda yatan faydalı
qazıntı yataqlarının korlanmasına yol verməməyə və Yerin təkində işlənməsi
konservasiya olunmuş ehtiyatlarının mühafizəsini təmin etməlidir;
-
əsas faydalı qazıntı ilə birlikdə çıxarılan, müvəqqəti istifadə olunmayan
faydalı qazıntıların hesabatının aparılmasına və mühafizəsinə nəzrət etməlidir;
-
açılış süxurlarının və istehsalat tullantılarının düzgün idarəedilməsini təmin
etməlidir;
-
işçilərin həyat və sağlamlığını, Yerin təkinin, ətraf təbii mühitin və digər
obyektlərin mühafizəsini, bina və qurğuların dağ işlərinin zərərli təsirindən
mühafizəsini təmin etməlidir;
-
qəzanın ləğv edilməsi planını işləyib təsdiq etməlidir (FHN);
-
faydalı qazıntı yataqlarının işlənməsində nadir geoloji və mineraloji törəmələrin,
meteoritlərin, paleontoloji, arxeoloji və digər elm və mədəniyyət üçün maraqlı
olan obyektlərin aşkar edildiyi hallarda işləri dayandırmağa və aidiyyəti üzrə
dövlət orqanlarına məlumat verməlidir;
-
Yerin təkinin və yatağın səmərəli və kompleks şəkildə istifadəsinə idarədaxili
nəzarət həyata keçirməlidir;
-
dağ işlərinin aparılması konservasiya edildikdə, yaxud həmişəlik
dayandırıldıqda, faydalı qazıntı çıxaran müəssisənin, yaxud onun bir hissəsinin
ləğv və konservasiya işlərini həyata keçirməlidir;
-
ümumi yayılmış faydalı qazıntı ehtiyyatlarının balans hesabatının ( 5K forması)
2022-ci ilin əvvəlində Agentliyə təqdim edilməsi.
-
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq faydalı qazıntı
yataqlarının işlənməsi nəticəsində pozulmuş torpaq sahələrinin təhlükəsiz, həmçinin
gələcəkdə istifadə edilməsi üçün yararlı vəziyyətə gətirilməsi məqsədilə
rekultivasiya işləri həyata keçirilməlidir;
-
Yerin təkinin istifadəçisi "Dağ-mədən ayırması" aktı aldıqdan iki il
müddətində işə başlamamışdırsa "Dağ-mədən ayırması" aktı öz qüvvәsini
itirir və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə qaytarılır;
-
Müəssisənin (fiziki şəxsin) ona verilmiş "Dağ-mədən ayırması aktı"nı
digər müəssisəyə (fiziki şəxsə) verməsi qadağan edilir.
-
Yuxarıda qeyd olunan ekoloj tələblərin icrası məqsədilə Dövlət Mineral Xammal
Ehtiyyatlarından İstifadə Agentliyi tərəfindən nəzarətə götürülməsinə şərait
yaradılmalı, eyni zamanda hər bənd üzrə görülən işlərin nəticəsi barədə
nazirliyin müvafiq qurumlarına məlumat verilməli və cari vəziyyət haqqında rəsmi
məlumatlar Agentliyə təqdim olunmalıdır.
-
Müəssisənin konservasiyası və ya ləğv olunması aktı təsdiq olunduqdan 30 gün
müddətinə "Dağ-mədən ayırması" aktı, geoloji və markşeyder sənədlərinin
surətlərini almış müəssisənin iltizamının surətilə birlikdə Dövlət Mineral
Xammal Ehtiyatlarından İstifadə Agentliyinə qaytarılır.
-
Göstərilən vəzifələri yerinə yetirmədikdə faydalı qazıntı çıxaran müəssisənin rəhbərləri
və vəzifəli şəxsləri, fiziki şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar.
-
Müəssisə konservasiya yaxud ləğv olunduqdan sonra, işlərin dayandırıldığı günədək
yerin təkinin istifadə olunmuş sahəsinin markşeyder sənədlərinin əsli tələb
olunan bütün məlumatlarla doldurulmuş şəkildə 10 gün müddətinə tabeliyində
olduğu idarəyə təqdim etməlidir. Markşeyder planlarının, geoloji xəritələrin və
kəsilişlərin surətləri isə qonşu müəssisələr də daxil olmaqla həmin müddətdə
marağı olan təşkilatlara, müəssisələrə verilməlidir.
-
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
01 avqust 2024
Sentyabrın 12-də növbəti hərrac keçiriləcək