
28 avqust 2023
Naxçıvan MR-da yer təki sahələrinin istifadəyə verilməsi ilə bağlı 14 sentyabr 2023-cü il tarixində saat 11:00-da növbəti hərrac keçiriləcək.
Hərrac auksion formasında keçiriləcəkdir.
Culfa rayonu Əlincəçay çınqıl-qum qarışığı yatağı
N | Yatağın adı | LOT | Həcmi | Sahəsi | Faydalı qazıntının növü | İstismar müddəti | Yatağın koordinatı | Başlanğıc qiyməti | Beh məbləği (10%) |
1. | Əlincəçay | LOT-1 | 345000m3 | 6,9 ha | Çınqıl-Qum | 20 ilədək | X4318844.46 Y551849.82 X4318869.82 Y551961.15 X4319411.17 Y551859.01 X4319383.77 Y551725.98
| 34500 | 3450 |
Hərracın keçiriləcəyi ünvan: Naxçıvan şəhəri, Nəsrəddin Tusi küçəsi 19, (Naxçıvan Biznes Mərkəzi MMC)
Qeyd: Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edə bilərlər. (Naxçıvan şəhəri Cəlil Məmmədquluzadə küçəsi 42)
Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalı və hərracda iştirak etmək üçün aşağıdakı müraciət Ərizəsinə qoşma olaraq təqdim etməlidirlər:
- Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);
- Hərracda iştirak haqqının ödənilməsi barədə bank sənədinin əslini;
- “Vergi ödəyicisinin vergi borcu barədə” arayış;
- İddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);
- İddiaçının tam adı, hüquqi statusu: Hüquqi şəxsdirsə - nizamnaməsi, VÖEN-şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; fiziki şəxsdirsə - şəxsiyyəti təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi;
- İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
- İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.
İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 01 sentyabr 2023-cü il saat 16:00 qədər Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 42 ünvanında (Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaqdır.
Hərracda iştirak etmək istəyənlər 540 manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra, Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 42 (Əlaqələndirici şəxs: Əliyev Şövqi, telefon: (036) 545 34 85, 050-569-84-69 ) ünvanından ala bilərlər.
Hesab: AZ21NABZ12360100000000005944 |
VÖEN 0200003621 |
Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Mərkəzi Bankın Naxçıvan MR idarəsindəki, Naxçıvan MR Maliyyə Nazirliyi |
Büdcə təsnifat kodu: 142572 |
Büdcə səviyyəsinin kodu: 6 |
Xidmət haqqı heç bir halda geri qaytarılmır.
Hərrac komissiyası tərəfindən hərrac iştirakçısına dəvət məktubu verildikdən sonra 2 (iki) iş günü ərzində başlanğıc qiymətinin 10% miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır
-
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
01 avqust 2024
Sentyabrın 12-də növbəti hərrac keçiriləcək -
-