
01 oktyabr 2025
Naxçıvan MR-da yer təkindən istifadə ilə bağlı növbəti hərrac keçiriləcək
Yer təkindən istifadə ilə bağlı
06 noyabr 2025-ci il tarixində saat
11:00-da keçiriləcək hərracın
elanı
Hərrac auksion formasında keçiriləcəkdir.
Culfa rayonu “Gülüstan” qum-çınqıl
yatağı
№ |
Yatağın adı |
LOT |
Həcmi |
Sahəsi |
Faydalı qazıntının növü |
İstismar müddəti |
Yatağın mərkəz koordinatı |
Başlanğıc qiyməti (manatla) |
Beh məbləği (10%) (manatla) |
İştirak haqqı (manatla) |
1. |
Gülüstan |
LOT-1 |
340000
m3 |
17,0 ha |
qum-çınqıl |
20 ilədək |
X-4317678,0 Y-551802,0
|
34000 |
3400 |
810 |
Hərracın keçiriləcəyi ünvan: Heydər
Əliyev prospekti 6 (“Hərracların Təşkili Mərkəzi” PHŞ-nin inzibati binası)
Qeyd: Hərracda iştirak etmək
istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, iştirak haqqı və
10%
miqdarında beh məbləğini ödəmək üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə müraciət edə bilərlər. (Naxçıvan şəhəri Cəlil Məmmədquluzadə küçəsi 42)
Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki
imkanlara malik olmalı və hərracda iştirak
etmək üçün aşağıdakı sənədləri müraciət Ərizəsinə
qoşma olaraq təqdim etməlidirlər:
1.
Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);
2.
Hərracda iştirak haqqının ödənilməsi
barədə bank sənədinin
əsli;
3.
Hərracda
(müsabiqə və auksion) iştirak etmək üçün ödənilən iştirak haqqı (hərrac xərcləri)
hərrac predmetinin ehtiyat həcmlərinə münasibətdə aşağıdakı qaydada (Lot
üzrə) müəyyən edilir:
Ehtiyat həcmi
200 000 (iki yüz min) kub metrədək
- 540,00 (beş yüz qırx) manat;
Ehtiyat həcmi
200 000 (iki yüz min) kub metrdən 500 000 (beş yüz min) kub metrədək - 810,00 (səkkiz yüz on) manat;
Ehtiyat həcmi
500 000 (beş yüz min) kub metrdən yuxarı olduqda – 1080,0 (bir min səksən)
manat.
4.
“Vergi
ödəyicisinin vergi borcu barədə” arayış (müvafiq sənəd elektron qaydada
alındıqda notarial təsdiqli olması zəruridir);
5.
İddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan
çıxarış);
6.
İddiaçının tam adı, hüquqi statusu: Hüquqi şəxsdirsə - nizamnaməsi,
VÖEN-şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və
rekvizitləri; fiziki şəxsdirsə - şəxsiyyəti
təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi (notarial qaydada təsdiqlənmiş);
7.
İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən
mühəndisi və ya 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını
təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
8.
İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri
texniki vasitələri və avadanlıqları) haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib
olunmalıdır.
İddiaçılar hərracda iştirak etmək üçün
yuxarıda göstərilən sənədləri 27
oktyabr 2025-ci il saat 18:00 qədər Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 42 ünvanında (Naxçıvan
Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası) təqdim etməlidirlər.
Hərracda
iştirak etmək üçün hüquqi və fiziki şəxslər
Nazirliyə “Yer təkinin istifadəyə
verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydalarına”
uyğun ərizə (bundan sonra “ərizə”)
təqdim edir.
Göstərilən vaxtdan gec təqdim olunmuş
sənədlər açılmadan geri qaytarılacaqdır.
Hərracda iştirak etmək istəyənlər hər lot üzrə
yatağın ehtiyat həcminə uyğun məbləğdə
iştirak haqqını aşağıda göstərilən hesaba
köçürdükdən sonra, Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 42 (Əlaqələndirici şəxs: Ramiz Rəsulov, telefon: (036) 545 34 85, 050-723-85-25 ) ünvanından ala bilərlər.
Hesab:
AZ21NABZ12360100000000005944 |
VÖEN: 0200003621 |
Naxçıvan
Muxtar Respublikası
Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlət fondu |
Büdcə təsnifat kodu: 142325 |
Büdcə
səviyyəsinin kodu: 2 |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Hərrac komissiyası tərəfindən hərrac iştirakçısına dəvət
məktubu verildikdən sonra 2 (iki) iş günü ərzində başlanğıc qiymətinin 10% miqdarında beh məbləği ödənilməlidir.
Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca
buraxılmır.
-
-
-
18 iyul 2025
Növbəti hərrac avqustun 28-də keçiriləcək -
24 iyun 2025
Avqustun 7-də növbəti hərrac keçiriləcək