
10 oktyabr 2023
Yer təkindən istifadə ilə bağlı 22 noyabr 2023-cü il tarixində saat 11:00-da keçiriləcək hərracın elanı
Hərrac auksion
formasında keçiriləcəkdir.
Yevlax
rayonu “Qaraoğlan”
qum yatağı
N |
Yatağın adı |
LOT |
Həcmi |
Sahəsi |
Faydalı qazıntının növü |
İstismar
müddəti |
Yatağın koordinatı |
Başlanğıc qiyməti |
Beh məbləği (10%) |
1. |
Qaraoğlan |
LOT-1 |
425 600 m3 |
5.32 ha |
Qum |
25 ilədək |
683754.180 4502667.481 |
42
560 |
4
256 |
Hərracın
keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza
Ulutürk 20 Bakı, Azərbaycan, 1029.
Qeyd:
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat
almaq, iştirak haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün Dövlət Mineral
Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət edə bilərlər. (Bakı şəhəri,
Səbail rayonu, İstiqlaliyyat küçəsi, 31 A) tel: (012) 505 97 82;83;84 (dax:108)
Yer təki sahəsindən faydalı
qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalı və hərracda iştirak
etmək üçün aşağıdakı sənədləri müraciət Ərizəsinə
qoşma olaraq təqdim etməlidirlər:
1.
Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);
2.
Hərracda iştirak haqqının ödənilməsi
barədə bank sənədinin
əsli;
3.
“Vergi
ödəyicisinin vergi borcu barədə” arayış;
4.
İddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan
çıxarış);
5.
İddiaçının tam adı, hüquqi statusu: Hüquqi şəxsdirsə - nizamnaməsi,
VÖEN-şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və
rekvizitləri; fiziki şəxsdirsə - şəxsiyyəti
təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi;
6.
İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən
mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq
edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
7.
İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri
texniki vasitələri və avadanlıqları) haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.
İddiaçılar hərracda iştirak
etmək üçün yuxarıda
göstərilən sənədləri 14 noyabr
2023-cü il saat 18:00-a qədər Bakı şəhəri,
Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə (Bakı KOB evi) ünvanına təqdim etməlidirlər.
Hərracda iştirak etmək üçün hüquqi və fiziki şəxslər
Agentliyə “Yer təkinin istifadəyə
verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydalarına”
uyğun ərizə (bundan sonra “ərizə”)
təqdim edir.
Göstərilən vaxtdan gec təqdim olunmuş
sənədlər açılmadan geri qaytarılacaqdır.
Hərracda iştirak etmək istəyənlər 540 manat məbləğində
xidmət haqqını aşağıda göstərilən hesaba
köçürdükdən sonra, Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Dövlət
Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Bakı KOB evindəki pəncərəsindən
(Əlaqələndirici şəxs: Həziyev Tərlan, telefon: (050) 411 08 88) pəncərəsindən
ala bilərlər.
Hesab:AZ61AIIB38020019440812108103 |
VÖEN 1306614461 |
Bank: "Kapital Bank" ASC, Yasamal filialı |
Kodu: 200037 |
VÖEN: 9900003611 |
M/H: AZ37NABZ01350100000000001944 |
S.W.İ.F.T: AIIBAZ2X |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Hərrac komissiyası tərəfindən hərrac iştirakçısına dəvət
məktubu verildikdən sonra 2 (iki) iş günü ərzində başlanğıc qiymətinin 10% miqdarında beh məbləği ödənilməlidir.
Beh məbləği ödənilmədiyi təqdirdə,
iddiaçı hərraca buraxılmır.
Qoşma:
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə
Fiziki şəxs / Hüquqi
şəxs
VÖEN:
Ünvan:
Ərizə
Xahiş edirik hərracda iştirak
etmək üçün icazə verəsiniz.
Qoşma
İmza: Tarix:
Hərracın qalibi aşağıdakı şərtlərə əməl etməlidir
Faydalı
qazıntı çıxarmaq üçün verilmiş "Dağ-mədən ayırması aktına” görə qoyulan tələblər:
-
yerin təkindən istifadə məqsədilə dağ-mədən
fəaliyyətinə başlamadan öncə “Dağ-mədən işlərinin inkişafı planı”nın,
Topoqrafiq planın 10 iş günü müddətində Agentliyə təqdim olunması təmin edilməlidir;
-
yerin təkindən istifadə məqsədilə dağ-mədən
fəaliyyətinə başlamadan öncə rəsmiləşdirilmiş torpaqayırma sənədlərinin, o cümlədən
torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiqlənmiş yerquruluşu planının və
ya torpaq sahəsinin ölçüsü və planı sənədinin 30 gün ərzində təqdim olunması təmin
edilməlidir;
-
üst açma zamanı torpağın münbit qatının
sıyrılaraq səmərəli istifadə məqsədilə
saxlanılması, faydalı qazıntılar çıxarılan ərazilərin “Rekultivasiya layihəsi”nin
hazırlanması və müvafiq qurumlar tərəfindən təsdiq edilməsi;
- İstismar işləri yekunlaşdıqdan sonra təqsdiqlənmiş
Layihəyə uyğun ərazilərin istifadəyə yararlı hala salınaraq torpaq sahibinə
qaytarılmasının təmin edilməsi;
-
Respublikaının avtomobil yollarından və yol
qurğularından istifadə edilərkən, onların qorunmasının təmin olunması məqsədilə
AR Nazirlər Sovetinin 1989-cu il 17 noyabr tarixli 461 nömrəli Qərarının tələblərinə
riayət edilməsi;
-
“Magistral boru kəmərlərinin, körpülərin,
hidrotexniki qurğuların və yüksək gərginlikli elektrik hava xətlərinin mühavizəsinin
gücləndirilməsinə dair bəzi tədbirlər barədə “Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2008-ci il 19 avqust tarixli 191 saylı Qərarının tələblərinə riayət
edilməsi;
-
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 351 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu
haqqında” Əsasnamənin əlavəsinə müvafiq olaraq ayırma ödənişinin vaxtında ödənilməsinin təmin edilməsi;
- istismar zamanı “Dağ mədən ayırma” aktı əsasında ayrılmış sahədən kənaraçıxma
hallarına yol verilməməsi və istismar işlərinin müəyyən edilmiş dərinliyə qədər
aparılmasının təmin olunması;
-
fəaliyyət dövründə ekoloji tələb və normalara ciddi riayət edilməsi;
-
karxananın istismarı üçün hər il “Dağ-mədən işlərinin inkişaf planı”nın tərtib
olunaraq müəyyən olunmuş qaydada Agentlik ilə razılaşdırılması;
-
Azərbaycan Respublikası qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə
standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların
normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi;
-
yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin
edilməsi, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə mövcud istismar sahəsinin
hasarlanması, giriş-çıxış yollarının işarələnməsi, Dağ-mədən ayırması
hüdudlarından kənar ərazilərin sözügedən fəaliyyətlə əlaqəli olan antropogen təsirlərdən
qorunması;
-
istismar işlərinin aparılması zamanı hakim küləklərin nəzərə alınması, qeyri-üzvi
tozun yaranmasının və ətraf yaşayış məntəqələrinə yayılmasının qarşısının
alınması üçün müvafiq tədbirlərin görülməsi;
-
nəqletmə zamanı avtomobil nəqliyyatlarının banının xüsusi çadırlarla örtülməsinin
təmin edilməsi;
-
sanitar və ekoloji mühafizə tələblərinə əməl edilməsi;
-
Faydalı qazıntı çıxaran müəssisə rəhbərləri və vəzifəli şəxsləri "Dağ-mədən
ayırması" statusunu təsdiq edən aktdan irəli gələn, yer təkinin istifadəçisi
kimi vəzifə borclarını yerinə yetirmədiklərinə və "Yerin təki
haqqında" qanunun tələblərini pozduqlarına görə məsuliyyət daşıyırlar.
Yerin təkindən müvafiq icazə olmadan istifadə edən cavabdeh vəzifəli şəxslər və
sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət
daşıyırlar.
-
Faydalı qazıntı çıxaran müəssisədə "Dağ-mədən
ayırması"nı təsdiq edən aktın və qanunla tələb olunan sənədlərin dolğun və
düzgün olmasına, həmçinin icazə verilən hüdudlar daxilində dağ-mədən işlərinin
aparılmasında "Yer təki haqqında" qanuna riayət olunmasına nəzarəti
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi həyata keçirir.
-
yatağın işlənməsi faydalı qazıntı çıxaran müəssisənin təsdiq olunmuş layihəsinə,
dağ işlərinin inkişaf planına və texniki istismar qaydalarına uyğun yerinə
yetirilməldir;
-
yataqlardan əsas və onlarla birlikdə yatan faydalı qazıntıları və sənaye əhəmiyyəti
kəsb edən qiymətli komponentləri çıxarmaq üçün daha səmərəli effektliliyə malik
üsulları və işlənmə sistemləri tətbiq edilməlidir;
-
faydalı qazıntıların normadan artıq itirilməsinə və kasadlaşmasına, həmçinin
yataq və lay sahələrinin seçmə yolla işlənməsinə yol verməmlidir;
-
faydalı qazıntı yatağının istismar kəşfiyyatının, digər geoloji işlərin,
markşeyder işlərinin aparılmasını, həmçinin geoloji, markşeyder və texniki sənədlərdə
tələb olunan işləri yerinə yetirməlidir;
-
faydalı qazıntı ehtiyatlarının vəziyyətinin, hərəkətinin, itirilməsinin və
kasadlaşmasının hesabatının aparılmasını həyata keçirməlidir;
-
dağ işlərinin aparılması zamanı işlənən və onunla qonşuluqda yatan faydalı
qazıntı yataqlarının korlanmasına yol verməməyə və yerin təkində işlənməsi
konservasiya olunmuş ehtiyatların mühafizəsini təmin etməlidir;
-
əsas faydalı qazıntı ilə birlikdə çıxarılan, müvəqqəti istifadə olunmayan
faydalı qazıntıların hesabatının aparılmasına və mühafizəsinə nəzrət etməlidir;
-
açılış süxurlarının və istehsalat tullantılarının düzgün idarəedilməsini və
ayrılmış xüsusi sahədə anbarlaşmasını təmin etməlidir;
-
işçilərin həyat və sağlamlığını, yerin təkinin, ətraf təbii mühitin və digər
obyektlərin mühafizəsini, bina və qurğuların dağ işlərinin zərərli təsirindən
mühafizəsini təmin etməlidir;
-
qəzanın ləğv edilməsi planını işləyib təsdiq etməlidir (FHN);
-
faydalı qazıntı yataqlarının işlənməsində nadir geoloji və mineraloji törəmələrin,
meteoritlərin, paleontoloji, arxeoloji və digər elm və mədəniyyət üçün maraqlı
olan obyektlərin aşkar edildiyi hallarda işləri dayandırmağa və aidiyyəti üzrə
dövlət orqanlarına məlumat verməlidir;
-
dağ işlərinin aparılması konservasiya edildikdə, yaxud həmişəlik
dayandırıldıqda, faydalı qazıntı çıxaran müəssisənin, yaxud onun bir hissəsinin
ləğv və konservasiya işlərini həyata keçirməlidir;
-
ümumi yayılmış faydalı qazıntı ehtiyyatlarının balans hesabatının ( 5K forması)
istismar dövrü ərzində hər ilin yanvar ayının 31-dən gec olmayaraq Agentliyə təqdim
edilməsi.
-
Yerin təkinin istifadəçisi "Dağ-mədən ayırması" aktı aldıqdan iki il
müddətində işə başlamamışdırsa "Dağ-mədən ayırması" aktı öz qüvvәsini
itirir və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə qaytarılır;
-
Müəssisənin (fiziki şəxsin) ona verilmiş "Dağ-mədən ayırması aktı"
üzrə yerin təkindən istifadə hüquqlarını digər müəssisəyə (fiziki şəxsə) verməsi
qadağan edilir.
-
Yuxarıda qeyd olunan ekoloj tələblərin icrasına Dövlət Mineral Xammal
Ehtiyyatlarından İstifadə Agentliyi tərəfindən nəzarət edilməsinə şərait
yaradılmalı, eyni zamanda hər bənd üzrə görülən işlərin nəticəsi barədə Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarına məlumat verilməli və cari vəziyyət
haqqında rəsmi məlumatlar Agentliyə təqdim olunmalıdır.
-
Müəssisənin konservasiyası və ya ləğv olunması aktı təsdiq olunduqdan 30 gün
müddətinə "Dağ-mədən ayırması" aktının, geoloji və işlərin
dayandırıldığı günədək məlumatlar doldurulmaqla markşeyder sənədlərinin əsli
iltizam sənədi ilə birgə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə
Agentliyinə geri qaytarır. Markşeyder planlarının, geoloji xəritələrin və kəsilişlərin
surətləri isə qonşu müəssisələr də daxil olmaqla həmin müddətdə marağı olan təşkilatlara,
müəssisələrə verilməlidir.
-
Göstərilən vəzifələri yerinə yetirmədikdə faydalı qazıntı çıxaran müəssisənin rəhbərləri
və vəzifəli şəxsləri, fiziki şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar.
-
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
01 avqust 2024
Sentyabrın 12-də növbəti hərrac keçiriləcək -
-