news_open

06 iyun 2023

Yer təkindən istifadə ilə bağlı 05 iyul 2023-cü il tarixində saat 11:00-da keçiriləcək hərracın elanı!

 

Abşeron rayonu “Qızılburun” gil yatağı

 

N

Yatağın adı

LOT

Həcmi

Sahəsi

Faydalı qazıntının  növü

İstismar müddəti

Yatağın koordinatı

Başlanğıc

qiyməti

Beh məbləği

(10%)

1.

Qızılburun

LOT-1

95 600 m3

2.0 ha

Gil

25 ilədək

351405.00

4428371.00

9 560

956

 

Abşeron rayonu “Şıxzərli” gips yatağı

 

N

Yatağın adı

LOT

Həcmi

Sahəsi

Faydalı qazıntının  növü

İstismar müddəti

Yatağın koordinatı

Başlanğıc

qiyməti

Beh məbləği

(10%)

1.

Şıxzərli

LOT-1

46 800 m3

3.6 ha

Gips

25 ilədək

332858.2871

4463149.9145

4 680

468

 

Ağstafa rayonu “Ağstafaçay” qum-çınqıl yatağı

 

N

Yatağın adı

LOT

Həcmi

Sahəsi

Faydalı qazıntının  növü

İstismar müddəti

Yatağın koordinatı

Başlanğıc

qiyməti

Beh məbləği

(10%)

1.

Ağstafaçay

LOT-1

60 000 m3

4.0 ha

Qum-çınqıl

25 ilədək

536985.3602

4560036.9445

6 000

600

2.

Ağstafaçay

LOT-2

25 000 m3

1.7 ha

Qum-çınqıl

25 ilədək

537078.7095

4558891.8545

2 500

250

 

Göygöl rayonu “Qızılca” plagioporfir yatağı

 

N

Yatağın adı

LOT

Həcmi

Sahəsi

Faydalı qazıntının  növü

İstismar müddəti

Yatağın koordinatı

Başlanğıc

qiyməti

Beh məbləği

(10%)

1.

Qızılca

LOT-1

467 500 m3

2.5 ha

Plagioporfir

25 ilədək

603578.00

4499094.00

46 750

4 675

2.

Qızılca

LOT-2

477 500 m3

2.5 ha

Plagioporfir

25 ilədək

603410.00

4499436.00

47 750

4 775

3.

Qızılca

LOT-3

760 000 m3

4.0 ha

Plagioporfir

25 ilədək

603745.00

4499396.34

76 000

7 600

4.

Qızılca

LOT-4

570 000 m3

3.0 ha

Plagioporfir

25 ilədək

603372.90

4499105.01

57 000

5 700

 

İsmayıllı rayonu “Bilistan-II” qum-çınqıl yatağı

 

N

Yatağın adı

LOT

Həcmi

Sahəsi

Faydalı qazıntının  növü

İstismar müddəti

Yatağın koordinatı

Başlanğıc

qiyməti

Beh məbləği

(10%)

1.

Bilistan-II

LOT-1

100 000 m3

5.0 ha

Qum-çınqıl

25 ilədək

40°39'21.48"   

48°14'24.53"

10 000

1000

 

İsmayıllı rayonu “Təzəkənd” qum-çınqıl yatağı

 

N

Yatağın adı

LOT

Həcmi

Sahəsi

Faydalı qazıntının  növü

İstismar müddəti

Yatağın koordinatı

Başlanğıc

qiyməti

Beh məbləği

(10%)

1.

Təzəkənd

LOT-1

125 000 m3

5.0 ha

Qum-çınqıl

25 ilədək

"48°17'15.93"

40°43'4.71"

12 500

1 250

 

İsmayıllı rayonu “Göyçay-I” qum-çınqıl yatağı

 

N

Yatağın adı

LOT

Həcmi

Sahəsi

Faydalı qazıntının  növü

İstismar müddəti

Yatağın koordinatı

Başlanğıc

qiyməti

Beh məbləği

(10%)

1.

Göyçay-I

LOT-1

125 000 m3

5.0 ha

Qum-çınqıl

25 ilədək

"48° 1'46.77"

40°53'20.55"

12 500

1 250

 

Şabran rayonu “Dəvəçiçay” qum-çınqıl yatağı

 

N

Yatağın adı

LOT

Həcmi

Sahəsi

Faydalı qazıntının  növü

İstismar müddəti

Yatağın koordinatı

Başlanğıc

qiyməti

Beh məbləği

(10%)

1.

Dəvəçiçay

LOT-1

27 000 m3

1.8 ha

Qum-çınqıl

25 ilədək

321287.79

4559693.46

2 700

270

 

Quba rayonu “Qonaqkənd” qum-çınqıl yatağı

 

N

Yatağın adı

LOT

Həcmi

Sahəsi

Faydalı qazıntının  növü

İstismar müddəti

Yatağın koordinatı

Başlanğıc

qiyməti

(manatla)

Beh məbləği

(10%)

(manatla)

1.

Qonaqkənd

LOT-1

100 000 m3

5.0 ha

Qum-çınqıl

5 ilə qədər

298631.79

4548286.52

10 000

1 000

2.

Qonaqkənd

LOT-2

60 000m3

3.0 ha

Qum-çınqıl

5 ilə qədər

298686.00

4548569.00

6 000

600

3.

Qonaqkənd

LOT-3

100 000 m3

5.0 ha

Qum-çınqıl

5 ilə qədər

298711.20

4551052.75

10 000

1 000

4.

Qonaqkənd

LOT-4

100 000 m3

5.0 ha

Qum-çınqıl

5 ilə qədər

298691.09

4551245.97

10 000

1 000

5.

Qonaqkənd

LOT-5

100 000 m3

5.0 ha

Qum-çınqıl

5 ilə qədər

298649.49

4551403.17

10 000

1 000

6.

Qonaqkənd

LOT-6

100 000 m3

5.0 ha

Qum-çınqıl

5 ilə qədər

298604.08

4551549.28

10 000

1 000

7.

Qonaqkənd

LOT-7

100 000 m3

5.0 ha

Qum-çınqıl

5 ilə qədər

298556.23

4551683.05

10 000

1 000

8.

Qonaqkənd

LOT-8

100 000 m3

5.0 ha

Qum-çınqıl

5 ilə qədər

298511.64

4551819.99

10 000

1 000

9.

Qonaqkənd

LOT-9

100 000 m3

5.0 ha

Qum-çınqıl

5 ilə qədər

298456.13

4551959.44

10 000

1 000

10.

Qonaqkənd

LOT-10

100 000 m3

5.0 ha

Qum-çınqıl

5 ilə qədər

298449.59

4551967.81

10 000

1 000

11.

Qonaqkənd

LOT-11

100 000 m3

5.0 ha

Qum-çınqıl

5 ilə qədər

298326.86

4552239.96

10 000

1 000

12.

Qonaqkənd

LOT-12

100 000 m3

5.0 ha

Qum-çınqıl

5 ilə qədər

298267.13

4552383.38

10 000

1 000

13.

Qonaqkənd

LOT-13

100 000 m3

5.0 ha

Qum-çınqıl

5 ilə qədər

298193.05

4552521.66

10 000

1 000

14.

Qonaqkənd

LOT-14

100 000 m3

5.0 ha

Qum-çınqıl

5 ilə qədər

298124.66

4552651.65

10 000

1 000

15.

Qonaqkənd

LOT-15

100 000 m3

5.0 ha

Qum-çınqıl

5 ilə qədər

298046.32

4552790.00

10 000

1 000

 

 

Quba rayonu “Qorxmazoba” qum-çınqıl yatağı

 

N

Yatağın adı

LOT

Həcmi

Sahəsi

Faydalı qazıntının  növü

İstismar müddəti

Yatağın koordinatı

Başlanğıc

qiyməti

Beh məbləği

(10%)

1.

Qorxmazoba

LOT-3

160 000 m3

8.0 ha

Qum-çınqıl

25 ilədək

304687.89

4570112.51

16 000

1 600

 

Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.

 

Qeyd: Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Bakı KOB evindəki pəncərəsinə, eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər. (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) Çağrı mərkəzi: 195-1.

 

Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə texniki imkanlarına malik olmalı hərracda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.     Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);

2.     Hərracda xidmət haqqının ödənilməsi barədə bank sənədinin əslini;

3.     Azərbaycan Respublikasında vergilərə digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

4.     İddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);

5.     İddiaçının tam adı, hüquqi statusu: Hüquqi şəxsdirsə - nizamnaməsi, VÖEN-şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə rekvizitləri; fiziki şəxsdirsə - şəxsiyyəti  təsdiq edən sənəd VÖEN-şəhadətnaməsi;

6.     İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin onların ixtisasını təsdiq edən sənədin surəti;

7.     İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri avadanlıqları) haqqında məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.

İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 22 iyun 2023-cü il saat  16:00-a qədər Bakı şəhəri, Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə (Bakı KOB evi) ünvanına təqdim etməlidirlər.

Əlaqələndirici şəxs: Tərlan Həziyev (050 411 08 88)

Hərracda iştirak etmək üçün hüquqi fiziki şəxslər Agentliyə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə (bundan sonra “ərizə”) təqdim edir.

Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaqdır.

Hərracda iştirak etmək istəyənlər 540 manat məbləğində xidmət haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra, Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Bakı KOB evindəki pəncərəsindən (Əlaqələndirici şəxs: Həziyev Tərlan, telefon: (052) 411 08 88)) pəncərəsindən ala bilərlər.

 

Hesab:AZ61AIIB38020019440812108103

VÖEN 1306614461

Bank: "Kapital Bank" ASC, Yasamal filialı

Kodu: 200037

VÖEN: 9900003611

M/H: AZ37NABZ01350100000000001944

S.W.İ.F.T: AIIBAZ2X

Xidmət haqqı heç bir halda geri qaytarılmır.

 

Agentlik tərəfindən (hərrac komissiyası tərəfindən lazımi sənədlər yoxlandıqdan sonra) hərrac iştirakçısına hərrac ilə bağlı dəvət məktubu verildikdən sonra 2 (iki) iş günü ərzində başlanğıc qiymətinin 10% miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.


Qoşma:


Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə

 

Fiziki şəxs / Hüquqi şəxs               

 

VÖEN:

 

Ünvan:

 

 

 

  

Hərracın qalibi aşağıdakı şərtlərə əməl etməlidir

 

Faydalı qazıntı çıxarmaq üçün verilmiş "Dağ-mədən ayırması aktına” görə qoyulan tələblər:

- yerin təkindən istifadə məqsədilə dağ-mədən fəaliyyətinə başlamadan öncə “Dağ-mədən işlərinin inkişafı planı”nın, Topoqrafiq planın 10 iş günü müddətində Agentliyə təqdim olunması təmin edilməlidir;

- yerin təkindən istifadə məqsədilə dağ-mədən fəaliyyətinə başlamadan öncə rəsmiləşdirilmiş torpaqayırma sənədlərinin, o cümlədən torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiqlənmiş yerquruluşu planının və ya torpaq sahəsinin ölçüsü və planı sənədinin 30 gün ərzində təqdim olunması təmin edilməlidir;

- üst açma zamanı torpağın münbit qatının sıyrılaraq səmərəli istifadə  məqsədilə saxlanılması, qum-çınqıl materialının götürülməsi başa çatan ərazilərin rekultivasiya edilməsinin və gələcəkdə istifadə üçün yararlı hala salınaraq torpaq sahibinə qaytarılmasının təmin edilməsi;

- Respublikaının avtomobil yollarından və yol qurğularından istlfadə edilərkən, onların qorunmasının təmin olunması məqsədilə AR Nazirlər Sovetinin 1989-cu il 17 noyabr tarixli 461 nömrəli Qərarının tələblərinə riayət edilməsi;

- “Magistral boru kəmərlərinin, körpülərin, hidrotexniki qurğuların və yüksək gərginlikli elektrik hava xətlərinin mühavizəsinin gücləndirilməsinə dair bəzi tədbirlər barədə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 avqust tarixli 191 saylı Qərarının tələblərinə riayət edilməsi;

- Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 351 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında” Əsasnamənin əlavəsinə müvafiq olaraq istehsal üçün təyin olunmuş ödənişin vaxtında ödənilməsinin təmin edilməsi;                   

- istismar zamanı ayrılmış “Dağ mədən ayırması” sahəsindən kənaraçıxma hallarına yol verilməməsi və istismar işlərinin müəyyən edilmiş dərinliyə qədər aparılmasının təmin olunması;

- fəaliyyət dövründə ekoloji tələblərə ciddi riayət edilməsi;

- karxananın istismarı üçün hər il “Dağ-mədən işlərinin inkişaf planı”nın tərtib olunaraq müəyyən olunmuş qaydada Agentlik ilə razılaşdırılması;

- Azərbaycan Respublikası qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi;

- yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə mövcud istismar sahəsinin hasarlanması, giriş çıxış  yollarının işarələnməsi, Dağ mədən ayırması hüdudlarından kənar ərazilərin sözügedən fəaliyyətlə əlaqəli olan antropogen təsirlərdən qorunması;

- istismar işlərinin aparılması zamanı hakim küləklərin nəzərə alınması, qeyri üzv tozun yaranmasının və ətraf yaşayış məntəqələrinə yayılmasının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi;

- nəqletmə zamanı avtomobil nəqliyyatlarının banının xüsusi çadırlarla ötürülməsinin təmin edilməsi;

- sanitar və ekoloji mühafizə tələblərinə əməl edilməsi;

- Faydalı qazıntı çıxaran müəssisə rəhbərləri və vəzifəli şəxsləri "Dağ-mədən ayırması" statusunu təsdiq edən aktdan irəli gələn, yer təkinin istifadəçisi kimi vəzifə borclarını yerinə yetirmədiklərinə və "Yerin təki haqqında" qanunun tələblərini pozduqlarına görə məsuliyyət daşıyırlar. Yerin təkindən özbaşına istifadə edən cavabdeh vəzifəli şəxslər və sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar.

- Faydalı qazıntı çıxaran müəssisədə "Dağ-mədən ayırması"nı təsdiq edən aktın, "Dağ-mədən ayırması" sənədlərinin dolğun və düzgün olmasına, həmçinin "Dağ-mədən ayırması" hüdudları daxilində dağ işlərinin aparılmasında "Yer təki haqqında" qanuna riayət olunmasına nəzarəti Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi həyata keçirir.

- yatağın işlənməsini faydalı qazıntı çıxaran müəssisənin təsdiq olunmuş layihəsinə, dağ işlərinin inkişaf planına və texniki istismar qaydalarına uyğun yerinə yetirilməldir;

- yataqlardan əsas və onlarla birlikdə yatan faydalı qazıntıları və sənaye əhəmiyyəti kəsb edən qiymətli komponentləri çıxarmaq üçün daha səmərəli effektliliyə malik üsulları və işlənmə sistemləri tətbiq edilməlidir;

 

 

- faydalı qazıntıların normadan artıq itirilməsinə və kasadlaşmasına, həmçinin yataq və lay sahələrinin seçmə yolla işlənməsinə yol verməmlidir;

- faydalı qazıntı yatağının kəşfiyyatardı və istismar kəşfiyyatının, digər geoloji işlərin, markşeyder işlərinin aparılmasını, həmçinin geoloji, markşeyder və texniki sənədlərdə tələb olunan işləri yerinə yetirməlidir;

- faydalı qazıntı ehtiyatlarının vəziyyətinin, hərəkətinin, itirilməsinin və kasadlaşmasının hesabatının aparılmasını həyata keçirməlidir;

- dağ işlərinin aparılması zamanı işlənən və onunla qonşuluqda yatan faydalı qazıntı yataqlarının korlanmasına yol verməməyə və Yerin təkində işlənməsi konservasiya olunmuş ehtiyatlarının mühafizəsini təmin etməlidir;

- əsas faydalı qazıntı ilə birlikdə çıxarılan, müvəqqəti istifadə olunmayan faydalı qazıntıların hesabatının aparılmasına və mühafizəsinə nəzrət etməlidir;

- açılış süxurlarının və istehsalat tullantılarının düzgün idarəedilməsini təmin etməlidir;

- işçilərin həyat və sağlamlığını, Yerin təkinin, ətraf təbii mühitin və digər obyektlərin mühafizəsini, bina və qurğuların dağ işlərinin zərərli təsirindən mühafizəsini təmin etməlidir;

- qəzanın ləğv edilməsi planını işləyib təsdiq etməlidir (FHN);

- faydalı qazıntı yataqlarının işlənməsində nadir geoloji və mineraloji törəmələrin, meteoritlərin, paleontoloji, arxeoloji və digər elm və mədəniyyət üçün maraqlı olan obyektlərin aşkar edildiyi hallarda işləri dayandırmağa və aidiyyəti üzrə dövlət orqanlarına məlumat verməlidir;

- Yerin təkinin və yatağın səmərəli və kompleks şəkildə istifadəsinə idarədaxili nəzarət həyata keçirməlidir;

- dağ işlərinin aparılması konservasiya edildikdə, yaxud həmişəlik dayandırıldıqda, faydalı qazıntı çıxaran müəssisənin, yaxud onun bir hissəsinin ləğv və konservasiya işlərini həyata keçirməlidir;

- ümumi yayılmış faydalı qazıntı ehtiyyatlarının balans hesabatının ( 5K forması) 2023-ci ilin əvvəlində Agentliyə təqdim edilməsi.

- Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq faydalı qazıntı yataqlarının işlənməsi nəticəsində pozulmuş torpaq sahələrinin təhlükəsiz, həmçinin gələcəkdə istifadə edilməsi üçün yararlı vəziyyətə gətirilməsi məqsədilə rekultivasiya işləri həyata keçirilməlidir;     

- Yerin təkinin istifadəçisi "Dağ-mədən ayırması" aktı aldıqdan iki il müddətində işə başlamamışdırsa "Dağ-mədən ayırması" aktı öz qüvvәsini itirir və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə qaytarılır;

- Müəssisənin (fiziki şəxsin) ona verilmiş "Dağ-mədən ayırması aktı"nı digər müəssisəyə (fiziki şəxsə) verməsi qadağan edilir.

- Yuxarıda qeyd olunan ekoloj tələblərin icrası məqsədilə Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyi tərəfindən nəzarətə götürülməsinə şərait yaradılmalı, eyni zamanda hər bənd üzrə görülən işlərin nəticəsi barədə nazirliyin müvafiq qurumlarına məlumat verilməli və cari vəziyyət haqqında rəsmi məlumatlar Agentliyə təqdim olunmalıdır.

- Müəssisənin konservasiyası və ya ləğv olunması aktı təsdiq olunduqdan 30 gün müddətinə "Dağ-mədən ayırması" aktı, geoloji və markşeyder sənədlərinin surətlərini almış müəssisənin iltizamının surətilə birlikdə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə qaytarılır.

- Göstərilən vəzifələri yerinə yetirmədikdə faydalı qazıntı çıxaran müəssisənin rəhbərləri və vəzifəli şəxsləri, fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar.

- Müəssisə konservasiya yaxud ləğv olunduqdan sonra, işlərin dayandırıldığı günədək yerin təkinin istifadə olunmuş sahəsinin markşeyder sənədlərinin əsli tələb olunan bütün məlumatlarla doldurulmuş şəkildə 10 gün müddətinə tabeliyində olduğu idarəyə təqdim etməlidir. Markşeyder planlarının, geoloji xəritələrin və kəsilişlərin surətləri isə qonşu müəssisələr də daxil olmaqla həmin müddətdə marağı olan təşkilatlara, müəssisələrə verilməlidir.

 

 

 



Lastest