23 aprel 2024
Yer təkindən istifadə ilə bağlı 12 iyun 2024-cü il tarixində saat 12:00-da keçiriləcək hərracın elanı
Hərrac auksion formasında
keçiriləcəkdir.
Laçın rayonu “Əhmədli” Mişar
daşı yatağı
N |
Yatağın adı |
LOT |
Həcmi |
Sahəsi |
Faydalı qazıntının növü |
İstismar müddəti |
Yatağın koordinatı |
Başlanğıc qiyməti (manatla) |
Beh məbləği (10%) (manatla) |
İştirak haqqı
(manatla) |
1. |
Əhmədli |
LOT-1 |
400 000 m3 |
8.0 ha |
Mişar
daşı |
25 ilədək |
611603.49 4393614.18 |
80000 |
8000 |
810 |
2. |
Əhmədli |
LOT-2 |
225 000 m3 |
4.5 ha |
Mişar
daşı |
25 ilədək |
610938.63 4393506.22 |
45000 |
4500 |
810 |
3. |
Əhmədli |
LOT-3 |
375 000 m3 |
7.5 ha |
Mişar
daşı |
25 ilədək |
610584.67 4393561.25 |
75000 |
7500 |
810 |
4. |
Əhmədli |
LOT-4 |
300 000 m3 |
6.0 ha |
Mişar
daşı |
25 ilədək |
610772.53 4394050.87 |
60000 |
6000 |
810 |
5. |
Əhmədli |
LOT-5 |
310 000 m3 |
6.2 ha |
Mişar
daşı |
25 ilədək |
610992.34 4394054.82 |
62000 |
6200 |
810 |
6. |
Əhmədli |
LOT-6 |
300 000 m3 |
6.0 ha |
Mişar
daşı |
25 ilədək |
611193.76 4393876.06 |
60000 |
6000 |
810 |
7. |
Əhmədli |
LOT-7 |
350 000 m3 |
7.0 ha |
Mişar
daşı |
25 ilədək |
611606.19 4393677.93 |
70000 |
7000 |
810 |
Qubadlı rayonu “Hacılı” Mişar
daşı yatağı
N |
Yatağın adı |
LOT |
Həcmi |
Sahəsi |
Faydalı qazıntının növü |
İstismar müddəti |
Yatağın koordinatı |
Başlanğıc qiyməti (manatla) |
Beh məbləği (10%) (manatla) |
İştirak haqqı
(manatla) |
1. |
Hacılı |
LOT-1 |
224 000 m3 |
8.0 ha |
Mişar
daşı |
25 ilədək |
634206.24 4358032.54 |
44800 |
4480 |
810 |
2. |
Hacılı |
LOT-2 |
112 000 m3 |
4.0 ha |
Mişar
daşı |
25 ilədək |
634345.61 4358457.55 |
22400 |
2240 |
540 |
3. |
Hacılı |
LOT-3 |
182 000 m3 |
6.5 ha |
Mişar
daşı |
25 ilədək |
634199.42 4358292.47 |
36400 |
3640 |
540 |
Hərracın keçiriləcəyi
ünvan: Zəngilan
rayonu, Ağalı Kənd mərkəzi, inzibati bina, 2-ci mərtəbə, İclas zalı.
Qeyd:
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat
almaq, iştirak haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün Dövlət Mineral
Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət edə bilərlər. (Bakı şəhəri,
Səbail rayonu, İstiqlaliyyat küçəsi, 31 A) tel: (012) 505 97 82;83;84 (dax:108)
Yer
təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi
maliyyə və texniki imkanlara malik olmalı və hərracda iştirak etmək üçün aşağıdakı
sənədləri müraciət Ərizəsinə qoşma olaraq təqdim etməlidirlər:
1.
Hərracda
iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);
2.
Hərracda
iştirak haqqının ödənilməsi barədə bank sənədinin əsli;
3.
Hərracda (auksion və müsabiqə) iştirak etmək üçün ödənilən
iştirak haqqı (hərrac xərcləri) hərraca predmetinin ehtiyat həcmlərinə münasibətdə
aşağıdakı qaydada (Lot üzrə) müəyyən edilir:
Ehtiyat həcmi 200 000 (iki yüz min) kub metrədək - 540,00 (beş yüz qırx) manat;
Ehtiyat həcmi 200 000 (iki yüz min) kub metrdən
500 000 (beş yüz min) kub metrədək
- 810,00 (səkkiz yüz on) manat;
Ehtiyat həcmi 500 000 (beş yüz min) kub metrdən
yuxarı olduqda – 1080,0 (bir min səksən) manat.
4.
“Vergi
ödəyicisinin vergi borcu barədə” arayış (müvafiq sənəd elektron qaydada
alındıqda notarial təsdiqli olması zəruridir);
5.
İddiaçının
son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);
6.
İddiaçının
tam adı, hüquqi statusu: Hüquqi şəxsdirsə - nizamnaməsi, VÖEN-şəhadətnaməsi və
dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; fiziki şəxsdirsə
- şəxsiyyəti təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi
(notarial qaydada təsdiqlənmiş);
7.
İddiaçının
ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1
geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin
notarial qaydada təsdiq olunmuş surəti;
8.
İddiaçının
maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki
vasitələri və avadanlıqları) haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.
İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri
5 iyun 2024-cü il saat 18:00-a qədər Bakı şəhəri, Bakı şəhəri, Ziya
Bünyadov prospekti, 38C, 1969-cu məhəllə (Bakı KOB evi) ünvanına təqdim etməlidirlər.
Hərracda iştirak etmək üçün hüquqi və fiziki şəxslər
Agentliyə “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin)
keçirilməsi Qaydalarına” uyğun ərizə (bundan sonra “ərizə”) təqdim edir.
Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaqdır.
Hərracda iştirak etmək istəyənlər yatağın hər lot
üzrə ehtiyat həcminə uyğun olaraq iştirak haqqını aşağıda göstərilən hesaba
köçürdükdən sonra, Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Bakı KOB evindəki pəncərəsindən
(Əlaqələndirici şəxs: Əliyev Sərxan, telefon: (055) 277 23 37) pəncərəsindən
ala bilərlər.
Hesab:AZ61AIIB38020019440812108103 |
VÖEN 1306614461 |
Bank: "Kapital
Bank" ASC, Yasamal filialı |
Kodu: 200037 |
VÖEN: 9900003611 |
M/H: AZ37NABZ01350100000000001944 |
S.W.İ.F.T: AIIBAZ2X |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Hərrac komissiyası tərəfindən hərrac iştirakçısına dəvət məktubu
verildikdən sonra 2 (iki) iş günü ərzində başlanğıc qiymətinin 10% miqdarında
beh məbləği ödənilməlidir.
Beh məbləği ödənilmədiyi təqdirdə,
iddiaçı hərraca buraxılmır.
Qoşma:
Dövlət
Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə
Fiziki
şəxs / Hüquqi şəxs
VÖEN:
Ünvan:
Ərizə
Xahiş
edirik hərracda iştirak etmək üçün icazə verəsiniz.
Qoşma
İmza:
Tarix:
Hərracın
qalibi aşağıdakı şərtlərə əməl etməlidir
Faydalı qazıntı çıxarmaq üçün verilmiş "Dağ-mədən ayırması
aktına” görə qoyulan tələblər:
- yerin təkindən
istifadə məqsədilə dağ-mədən fəaliyyətinə başlamadan öncə “Dağ-mədən işlərinin
inkişafı planı”nın, Topoqrafiq planın 10 iş günü müddətində Agentliyə təqdim
olunması təmin edilməlidir;
- yerin təkindən
istifadə məqsədilə dağ-mədən fəaliyyətinə başlamadan öncə rəsmiləşdirilmiş
torpaqayırma sənədlərinin, o cümlədən torpaq sahəsinin Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
tərəfindən təsdiqlənmiş yerquruluşu planının və ya torpaq sahəsinin ölçüsü və
planı sənədinin 30 gün ərzində təqdim olunması təmin edilməlidir;
- üst açma zamanı
torpağın münbit qatının sıyrılaraq səmərəli istifadə məqsədilə saxlanılması, faydalı qazıntılar
çıxarılan ərazilərin “Rekultivasiya layihəsi”nin hazırlanması və müvafiq
qurumlar tərəfindən təsdiq edilməsi;
- İstismar işləri yekunlaşdıqdan sonra təqsdiqlənmiş
Layihəyə uyğun ərazilərin istifadəyə yararlı hala salınaraq torpaq sahibinə
qaytarılmasının təmin edilməsi;
- Respublikaının
avtomobil yollarından və yol qurğularından istifadə edilərkən, onların
qorunmasının təmin olunması məqsədilə AR Nazirlər Sovetinin 1989-cu il 17
noyabr tarixli 461 nömrəli Qərarının tələblərinə riayət edilməsi;
- “Magistral boru kəmərlərinin,
körpülərin, hidrotexniki qurğuların və yüksək gərginlikli elektrik hava xətlərinin
mühavizəsinin gücləndirilməsinə dair bəzi tədbirlər barədə “Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 avqust tarixli 191 saylı Qərarının
tələblərinə riayət edilməsi;
- Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli,
351 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Mineral-xammal Bazasının Bərpası üzrə
Dövlət Fondu haqqında” Əsasnamənin əlavəsinə müvafiq olaraq ayırma ödənişinin vaxtında ödənilməsinin təmin edilməsi;
- istismar zamanı “Dağ mədən ayırma” aktı əsasında ayrılmış sahədən kənaraçıxma
hallarına yol verilməməsi və istismar işlərinin müəyyən edilmiş dərinliyə qədər
aparılmasının təmin olunması;
- fəaliyyət dövründə ekoloji tələb və normalara ciddi riayət edilməsi;
- karxananın istismarı üçün hər il “Dağ-mədən işlərinin inkişaf
planı”nın tərtib olunaraq müəyyən olunmuş qaydada Agentlik ilə
razılaşdırılması;
- Azərbaycan Respublikası qanunvericiliyinə, habelə yerin təkindən
istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı
qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi;
- yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin
təmin edilməsi, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə mövcud istismar sahəsinin
hasarlanması, giriş-çıxış yollarının işarələnməsi, Dağ-mədən ayırması
hüdudlarından kənar ərazilərin sözügedən fəaliyyətlə əlaqəli olan antropogen təsirlərdən
qorunması;
- istismar işlərinin aparılması zamanı hakim küləklərin nəzərə
alınması, qeyri-üzvi tozun yaranmasının və ətraf yaşayış məntəqələrinə
yayılmasının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi;
- nəqletmə zamanı avtomobil nəqliyyatlarının banının xüsusi
çadırlarla örtülməsinin təmin edilməsi;
- sanitar və ekoloji mühafizə tələblərinə əməl edilməsi;
- Faydalı qazıntı çıxaran müəssisə rəhbərləri və vəzifəli şəxsləri
"Dağ-mədən ayırması" statusunu təsdiq edən aktdan irəli gələn, yer təkinin
istifadəçisi kimi vəzifə borclarını yerinə yetirmədiklərinə və "Yerin təki
haqqında" qanunun tələblərini pozduqlarına görə məsuliyyət daşıyırlar.
Yerin təkindən müvafiq icazə olmadan istifadə edən cavabdeh vəzifəli şəxslər və
sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət
daşıyırlar.
- Faydalı qazıntı çıxaran müəssisədə "Dağ-mədən
ayırması"nı təsdiq edən aktın və qanunla tələb olunan sənədlərin dolğun və
düzgün olmasına, həmçinin icazə verilən hüdudlar daxilində dağ-mədən işlərinin
aparılmasında "Yer təki haqqında" qanuna riayət olunmasına nəzarəti
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi həyata keçirir.
- yatağın işlənməsi faydalı qazıntı çıxaran müəssisənin təsdiq
olunmuş layihəsinə, dağ işlərinin inkişaf planına və texniki istismar
qaydalarına uyğun yerinə yetirilməldir;
- yataqlardan əsas və onlarla birlikdə yatan faydalı qazıntıları və sənaye
əhəmiyyəti kəsb edən qiymətli komponentləri çıxarmaq üçün daha səmərəli
effektliliyə malik üsulları və işlənmə sistemləri tətbiq edilməlidir;
- faydalı qazıntıların normadan artıq itirilməsinə və kasadlaşmasına,
həmçinin yataq və lay sahələrinin seçmə yolla işlənməsinə yol verməmlidir;
- faydalı qazıntı yatağının istismar kəşfiyyatının, digər geoloji işlərin,
markşeyder işlərinin aparılmasını, həmçinin geoloji, markşeyder və texniki sənədlərdə
tələb olunan işləri yerinə yetirməlidir;
- faydalı qazıntı ehtiyatlarının vəziyyətinin, hərəkətinin, itirilməsinin
və kasadlaşmasının hesabatının aparılmasını həyata keçirməlidir;
- dağ işlərinin aparılması zamanı işlənən və onunla qonşuluqda yatan
faydalı qazıntı yataqlarının korlanmasına yol verməməyə və yerin təkində işlənməsi
konservasiya olunmuş ehtiyatların mühafizəsini təmin etməlidir;
- əsas faydalı qazıntı ilə birlikdə çıxarılan, müvəqqəti istifadə
olunmayan faydalı qazıntıların hesabatının aparılmasına və mühafizəsinə nəzrət
etməlidir;
- açılış süxurlarının və istehsalat tullantılarının düzgün idarəedilməsini
və ayrılmış xüsusi sahədə anbarlaşmasını təmin etməlidir;
- işçilərin həyat və sağlamlığını, yerin təkinin, ətraf təbii mühitin
və digər obyektlərin mühafizəsini, bina və qurğuların dağ işlərinin zərərli təsirindən
mühafizəsini təmin etməlidir;
- qəzanın ləğv edilməsi planını işləyib təsdiq etməlidir (FHN);
- faydalı qazıntı yataqlarının işlənməsində nadir geoloji və
mineraloji törəmələrin, meteoritlərin, paleontoloji, arxeoloji və digər elm və
mədəniyyət üçün maraqlı olan obyektlərin aşkar edildiyi hallarda işləri
dayandırmağa və aidiyyəti üzrə dövlət orqanlarına məlumat verməlidir;
- dağ işlərinin aparılması konservasiya edildikdə, yaxud həmişəlik
dayandırıldıqda, faydalı qazıntı çıxaran müəssisənin, yaxud onun bir hissəsinin
ləğv və konservasiya işlərini həyata keçirməlidir;
- ümumi yayılmış faydalı qazıntı ehtiyyatlarının balans hesabatının (
5K forması) istismar dövrü ərzində hər ilin yanvar ayının 31-dən gec olmayaraq
Agentliyə təqdim edilməsi.
- Yerin təkinin istifadəçisi "Dağ-mədən ayırması" aktı
aldıqdan iki il müddətində işə başlamamışdırsa "Dağ-mədən ayırması"
aktı öz qüvvәsini itirir və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə
Agentliyinə qaytarılır;
- Müəssisənin (fiziki şəxsin) ona verilmiş "Dağ-mədən ayırması
aktı" üzrə yerin təkindən istifadə hüquqlarını digər müəssisəyə (fiziki şəxsə)
verməsi qadağan edilir.
- Yuxarıda qeyd olunan ekoloj tələblərin icrasına Dövlət Mineral
Xammal Ehtiyyatlarından İstifadə Agentliyi tərəfindən nəzarət edilməsinə şərait
yaradılmalı, eyni zamanda hər bənd üzrə görülən işlərin nəticəsi barədə Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarına məlumat verilməli və cari vəziyyət
haqqında rəsmi məlumatlar Agentliyə təqdim olunmalıdır.
- Müəssisənin konservasiyası və ya ləğv olunması aktı təsdiq
olunduqdan 30 gün müddətinə "Dağ-mədən ayırması" aktının, geoloji və işlərin
dayandırıldığı günədək məlumatlar doldurulmaqla markşeyder sənədlərinin əsli
iltizam sənədi ilə birgə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə
Agentliyinə geri qaytarır. Markşeyder planlarının, geoloji xəritələrin və kəsilişlərin
surətləri isə qonşu müəssisələr də daxil olmaqla həmin müddətdə marağı olan təşkilatlara,
müəssisələrə verilməlidir.
- Göstərilən vəzifələri yerinə yetirmədikdə faydalı qazıntı çıxaran müəssisənin rəhbərləri və vəzifəli şəxsləri, fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar.
-
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
01 avqust 2024
Sentyabrın 12-də növbəti hərrac keçiriləcək