news_open

31 may 2024

Ölkəmizdə dağ-mədən sahəsinin inkişafı məqsədi ilə Azərbaycan və Türkiyə arasında əməkdaşlıq

Səfər çərçivəsində ölkələrimiz arasında faydalı qazıntılardan səmərəli istifadə, yeni texnologiyaların tətbiqi, bu sahədə hüquqi normativ aktların təkmilləşdirilməsi, rekultivasiya işlərinin aparılması və digər mövzularda Türkiyənin Mədən və Neft İşləri Baş İdarəsi, Mədən Texniki Axtarma (MTA) şirkətilə geniş müzakirələr aparıldı.



Ankara səfəri çərçivəsində həmçinin Agentlik əməkdaşları Təbiət Tarix Muzeyi və laboratoriyanı ziyarət etdilər. Laboratoriyada aparılan analiz və nəticələrlə yerində tanış oldular.



Nümayəndə heyəti Türkiyənin ən böyük mədən şirkətlərindən biri olan “Eti Bakır Maden”-nin Kastamonuda yerləşən mis mədənini ziyarət etdi. Mədəndə aparılan yeraltı istismar, istehsalat və rekultivasiya işlərinə əyani baxış keçirildi.

  


Səfər çərçivəsində Agentliyin İdarə Heyətinin sədri ilə Azərbaycanın Türkiyədəki səlahiyyətli səfiri arasında görüş keçirildi. İki ölkə arasında dağ-mədən sahəsinin inkişafında əməkdaşlığa dair fikir mübadiləsi aparıldı. 





Lastest