news_open

11 iyun 2024

İNVESTOR ŞİRKƏTLƏR BALANS HESABATLARINI TƏQDİM EDİRLƏR

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə 5GK illik balans hesabatını təqdim edən şirkətlərin sayı 300-ü ötüb. Qanuna görə, ənənəvi balans hesabatları ildə 1 dəfə Agentliyə təqdim olunmalıdır. Bu hesabatlar yerin təkindən səmərəli, kompleks və təhlükəsiz istifadənin, həmçinin qalıq ehtiyatlarının təminatına xidmət edir.  

          Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrindən gələn müraciətlər, o cümlədən vətəndaşlardan daxil olan müraciət və şikayətlər əsasında faydalı qazıntı yataqlarında monitorinqləri davam etdirəcək. Yerin təkindən istifadənin təşkili, dürüstlük və şəffaflıq, özbaşına fəaliyyətə icazə verilməməsi, kəşf edilmiş yataqların qorunması bu monitorinqlərin başlıca prinsipləridir.  



Lastest