news_open

03 iyun 2024

ŞƏRQİ ZƏNGƏZURDA İLK DƏFƏ HƏRRAC KEÇİRİLƏCƏK

Yer təkinin istifadəyə verilməsi üzrə Şərqi Zəngəzur coğrafi-iqtisadi rayonunda ilk dəfə hərrac təşkil olunacaq. Tədbir Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin təşəbbüsü ilə keçiriləcək. Hərrac iyunun 12-də Zəngilan rayonunun Ağalı kəndində olacaq. Laçın rayonundakı “Əhmədli” və Qubadlının “Hacılı” əhəng daşı yataqları hərraca çıxarılacaq. Dağ-mədən fəaliyyətilə məşğul olan və hərraca qatılmaq istəyən fiziki və hüquqi şəxslər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Bakı KOB Evindəki (Ziya Bünyadov prospekti, 38C) pəncərəsinə müraciət etməlidirlər.

(Əlaqələndirici şəxs: Sərxan Əliyev; mob: (055) 277-23-37)

Sənədlərin qəbulu iyunun 5-də başa çatır. Hərracın qaydaları və iştirak şərtlərilə bağlı ətraflı məlumat Agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.   



Lastest