06 iyun 2023
10 faydalı qazıntı yatağı hərraca çıxarılacaq.
İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi
və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından
İstifadə Agentliyi tərəfindən iyulun 5-də yerin təkinin istifadəyə verilməsi
üzrə növbəti hərrac keçiriləcək.
Hərracda hər biri 1 lot üzrə Abşeron rayonu
“Qızılburun” gil, “Şıxzərli” gips, İsmayıllı rayonu “Bilistan-II” qum-çınqıl, “Təzəkənd”
qum-çınqıl, “Göyçay-I” qum-çınqıl, Şabran rayonu “Dəvəçiçay” qum-çınqıl, Quba
rayonu “Qorxmazoba” qum-çınqıl yataqları, həmçinin 2 lot üzrə Ağstafa rayonu
“Ağstafaçay” qum-çınqıl, 4 lot üzrə Göygöl rayonu “Qızılca” plagioporfir və 15 lot üzrə Quba
rayonu “Qonaqkənd” qum-çınqıl faydalı qazıntı yataqları satışa çıxarılacaq.
Ümumilikdə, hərracda başlanğıc qiyməti 2500 -76 000 manat arasında dəyişən 10
yataq üzrə 28 lot təqdim olunacaq.
Hərracda iştirak etmək üçün tələb olunan sənədlərin
siyahısı ilə Agentliyin (https://cutt.ly/CMrvQ4L) və ya Əmlak
Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifələrində (https://emlak.gov.az/cat/3) tanış ola bilərsiniz.
Elanda göstərilən sənədlər 22 iyun 2023-ci il saat
16:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə (Bakı
KOB evi) ünvanına təqdim etməlidirlər.
Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil
Rza Ulutürk küçəsi, 20) iyulun 5-də saat 11-də keçiriləcək.
Qeyd edək ki, hərracda xarici ölkələrin hüquqi və
fiziki şəxsləri də iştirak edə bilər.
Hərraclar və digər yeniliklərlə bağlı son xəbərləri
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sosial şəbəkədə
mövcud səhifələrindən də əldə edə bilərsiniz.
-
14 avqust 2024
Rekultivasiya tədbirləri diqqət mərkəzindədir -
13 avqust 2024
“Biomüxtəliflik - təbiətin harmoniyası” -
08 avqust 2024
Yer təki istifadəçilərilə görüş oldu