05 iyul 2023
10 faydalı qazıntı yatağı hərraca çıxarıldı.
Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçirildi.
Hərracda hər biri 1 lot üzrə Abşeron rayonu “Qızılburun” gil, “Şıxzərli” gips, İsmayıllı rayonu “Bilistan-II” qum-çınqıl, “Təzəkənd” qum-çınqıl, “Göyçay-I” qum-çınqıl, Şabran rayonu “Dəvəçiçay” qum-çınqıl, Quba rayonu “Qorxmazoba” qum-çınqıl yataqları, həmçinin 2 lot üzrə Ağstafa rayonu “Ağstafaçay” qum-çınqıl, 4 lot üzrə Göygöl rayonu “Qızılca” plagioporfir və 15 lot üzrə Quba rayonu “Qonaqkənd” qum-çınqıl faydalı qazıntı yataqları satışa çıxarıldı. Ümumilikdə, hərracda başlanğıc qiyməti 2500 -76 000 manat arasında dəyişən 10 yataq üzrə 28 lot təqdim olundu.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı