12 oktyabr 2022
Dörd faydalı qazıntı yatağı hərraca çıxarılacaq.
İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi
və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından
İstifadə Agentliyi tərəfindən noyabrın 11-də yerin təkinin istifadəyə verilməsi
üzrə növbəti hərrac keçiriləcək.
Əmlak Məsələləri
Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında
saat 11:00-da keçiriləcək hərracda 1 lot üzrə Daşkəsən rayonu “Bayan” üzlük
daşı yatağı, Balakən rayonu “Təpəçöl” gil yatağı, Goranboy rayonu “Yuxarı Ağcakənd”
gips yatağı və 6 lot üzrə Goranboy rayonu “Qarasuçay” qum-çınqıl yatağı satışa
çıxarılacaq. Başlanğıc qiyməti 2400- 40 865 manat arasında dəyişən yataqlara
sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu Bakı şəhəri, Səbail
rayonu, Istiqlaliyyət, 31 ünvanına təqdim etməlidirlər. Tələb olunan sənədlərin
siyahısı ilə Agentliyin rəsmi internet səhifəsində “Elanlar” bölməsində tanış
ola bilərsiniz ( www.meda.gov.az)
Agentlik
tərəfindən hərrac iştirakçısına hərrac ilə bağlı dəvət məktubu verildikdən
sonra 2 iş günü ərzində başlanğıc qiymətinin 10% miqdarında beh məbləği ödənilməlidir. Beh
məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.
Hərracda
iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq,
xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün eyni zamanda Əmlak
Xidmətləri Məkanına da müraciət edə bilərlər. Çağrı mərkəzi: 195-1, tel: (012)
566-07-44
Hərracın
keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan,
1029.
Hərraclar
və digər yeniliklər haqqında son xəbərləri agentliyin sosial şəbəkədə mövcud səhifələrindən
də əldə etmək mümkündür.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı