15 may 2023
4 rayon üzrə faydalı qazıntı yataqları hərraca çıxarılacaq.
İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi
və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından
İstifadə Agentliyi tərəfindən iyunun 14-də yerin təkinin istifadəyə verilməsi
üzrə növbəti hərrac keçiriləcək.
Hərracda hər biri 1 lot üzrə Qəbələ rayonu
“Siləyli” qum-çınqıl, “Salyan rayonu “Babazənən-I” gil, İsmayıllı rayonu
“Maçaxi” qum-çınqıl və hər biri 2 lot
üzrə Ağcabədi rayonu “Qarqarçay III” qum-çınqıl, İsmayıllı rayonu “Bilistan”
qum-çınqıl faydalı qazıntı yataqları satışa çıxarılacaq. Ümumilikdə 5 yataq üzrə
7 lot.
Hərracda iştirak etmək üçün tələb olunan sənədlərin
siyahısı ilə Agentliyin (https://cutt.ly/CMrvQ4L) və ya Əmlak
Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifələrində (https://emlak.gov.az/cat/3) tanış ola bilərsiniz.
Elanda göstərilən sənədlər 07 iyun 2023-ci il saat
16:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə (Bakı
KOB evi) ünvanına təqdim edilməlidir.
Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11-də keçiriləcək.
Qeyd edək ki, hərracda xarici ölkələrin hüquqi və
fiziki şəxsləri də iştirak edə bilər.
Hərraclar və digər yeniliklərlə bağlı son xəbərləri
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sosial şəbəkə səhifələrindən
də əldə etmək mümkündür.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı