13 iyun 2023
Agentlik "KOB evi"-ndə fəaliyyətə başlayıb.
Sahibkarlıq
subyektlərinə operativ və rahat həmçinin vahid məkanda və əlaqələndirilmiş
formada xidmətlərin göstərilməsi məqsədilə Dövlət Mineral Xammal
Ehtiyatlarından İstifadə Agentliyi “KOB evi”də xidmət göstərməyə başladı. Belə
ki, sözügedən məkanda sahibkarlara birbaşa olaraq aşağıda qeyd olunan xidmətlər
göstərilməkdədir.
- Hərrac
və müsabiqələrdə iştiraka dair ərizə və sənədlərin qəbulu;
- Hərrac
və müsabiqəyə dair Əsas Şərtlər Toplusunun əldə edilməsi;
- Dağ-mədən
ayırma statusunun (icazə sənədi) verilməsi;
- Geoloji-ayırma
statusunun (icazə sənədi) verilməsi;
- Agentlik
tərəfindən göstərilən digər xidmətlərə dair sənədlərin qəbulu.
"KOB
evi" Bakı şəhəri, Ziya Bünyadov
prospekti, 38C, məhəllə 1969 ünvanında yerləşir.
Məlumat üçün qeyd edək ki, Kiçik və orta biznes evləri (KOB evləri) – sahibkarlıq subyektlərinə dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin vahid məkanda və əlaqələndirilmiş formada təqdim olunduğu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin struktur bölmələridir.
KOB evlərinin məqsədi sahibkarlıq subyektlərinə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq vahid məkanda, əlaqələndirilmiş formada, yeni üslubda, müasir innovasiyaları tətbiq etməklə dövlət-biznes (G2B) və biznes-biznes (B2B) xidmətlərinin göstərilməsi, hər bir xidmətin sahibkar məmnunluğu təmin edilməklə qanunauyğun, keyfiyyətli və şəffaf həyata keçirilməsidir.
KOB evlərində xidmətlərin operativ və bir məkanda təqdim olunması sahibkarların vaxta və əməliyyat xərclərinə əhəmiyyətli dərəcədə qənaət etməsinə və daha çox biznesin inkişafı məsələlərinə fokuslanmasına imkan verir.
Hazırda
Bakı, Xaçmaz və Yevlax şəhərlərində olmaqla üç KOB evi fəaliyyət göstərir.
-
14 avqust 2024
Rekultivasiya tədbirləri diqqət mərkəzindədir -
13 avqust 2024
“Biomüxtəliflik - təbiətin harmoniyası” -
08 avqust 2024
Yer təki istifadəçilərilə görüş oldu