news_open

13 iyun 2023

Agentlik "KOB evi"-ndə fəaliyyətə başlayıb.

Sahibkarlıq subyektlərinə operativ və rahat həmçinin vahid məkanda və əlaqələndirilmiş formada xidmətlərin göstərilməsi məqsədilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi “KOB evi”də xidmət göstərməyə başladı. Belə ki, sözügedən məkanda sahibkarlara birbaşa olaraq aşağıda qeyd olunan xidmətlər göstərilməkdədir.

 

  1. Hərrac və müsabiqələrdə iştiraka dair ərizə və sənədlərin qəbulu;
  2. Hərrac və müsabiqəyə dair Əsas Şərtlər Toplusunun əldə edilməsi;
  3. Dağ-mədən ayırma statusunun (icazə sənədi) verilməsi;
  4. Geoloji-ayırma statusunun (icazə sənədi) verilməsi;
  5. Agentlik tərəfindən göstərilən digər xidmətlərə dair sənədlərin qəbulu.

 

"KOB evi"  Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, məhəllə 1969 ünvanında yerləşir.


Məlumat üçün qeyd edək ki, Kiçik və orta biznes evləri (KOB evləri) – sahibkarlıq subyektlərinə dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin vahid məkanda və əlaqələndirilmiş formada təqdim olunduğu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin struktur bölmələridir.

KOB evlərinin məqsədi sahibkarlıq subyektlərinə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq vahid məkanda, əlaqələndirilmiş formada, yeni üslubda, müasir innovasiyaları tətbiq etməklə dövlət-biznes (G2B) və biznes-biznes (B2B) xidmətlərinin göstərilməsi, hər bir xidmətin sahibkar məmnunluğu təmin edilməklə qanunauyğun, keyfiyyətli və şəffaf həyata keçirilməsidir.

KOB evlərində xidmətlərin operativ və bir məkanda təqdim olunması sahibkarların vaxta və əməliyyat xərclərinə əhəmiyyətli dərəcədə qənaət etməsinə və daha çox biznesin inkişafı məsələlərinə fokuslanmasına imkan verir.

Hazırda Bakı, Xaçmaz və Yevlax şəhərlərində olmaqla üç KOB evi fəaliyyət göstərir.




Lastest