03 avqust 2023
Agentliyin sədri Samir İdayətovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanda keçirilən Sammitdə iştirak edib.
Pakistanda
ilk dəfə investisiya imkanları mövzusunda “Pakistan Mineral İnvestisiya Sammiti:
Tozdan İnkişafa” adlı bir günlük beynəlxalq tədbir həyata keçirildi.
İslamabad
şəhərində keçirilən tədbirdə Agentliyin İdarə Heyətinin sədri Samir İdayətov, sədr
müavini Azər Şükürov və ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Nigar Orucova
iştirak etmişlər.
Pakistan
dövlətinin mülki və hərbi rəhbərliyinin birgə təşəbbüsləri ilə həyata keçirilən
Sammitdə Pakistanın təbii ehtiyatların idarə olunması, səmərəli istifadəsi,
qlobal təchizat zəncirində təhlükəsiz təminatı və mədənçilik sektorunda
investisiya imkanlarına dair müzakirələr aparıldı.
Onu da
qeyd edək ki, "Faydalı qazıntılar sənayesinin inkişafı və dayanıqlı idarəetmə"
adlı sessiyasında çıxış edən Azərbaycan
tərəfi neft-qaz sənayesinin inkişafı, hasilat həcmləri, ixrac dinamikası, eləcədə
ölkəmizin qlobal yaşıl enerji keçidinə və enerji təhlükəsizliyi istiqamətində
görülən işlər haqqında da danışıldı.
Həmçinin tədbir çərçivəsində Agentliyin rəhbərliyi bir sıra yerli və digər dağ-mədən şirkətləri ilə görüşlər keçirmiş sözügedən sahədə əməkdaşlıq imkanlarını müzakirə etmişlər.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı