
30 yanvar 2025
Azərbaycanda Amerika Ticarət Palatası dağ-mədən fəaliyyətlərinə diqqət ayırır
Azərbaycanda Amerika Ticarət Palatasının təşkilatçılığı ilə “Ətraf mühit qanunvericiliyinə uyğunluq” mövzusunda tədbir keçirildi. Görüşdə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi də iştirak etdi. Agentliyin Maliyyə və təsərrüfat şöbəsinin müdiri Elnur Həsənli panel müzakirələrə qatıldı. O, dağ-mədən fəaliyyətlərində ətraf mühitə təsirlərin minimuma endirilməsi, ekoloji təhlükəsizliyin təmin olunmasında Agentliyin rolu və vəzifələri, normativ hüquqi sənədlərə və standartlara uyğun fəaliyyətin zəruriliyi barədə danışdı. Ötən il Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Agentliyin icra etdiyi layihələr, gələcək planlar barədə məlumatlar diqqətə çatdırıldı. Ehtiyatı tükənmiş faydalı qazıntı yataqlarında aparılan texniki və bioloji rekultivasiya tədbirləri barədə suallar cavablandırıldı. Tədbirdə Amerika Ticarət Palatasının əməkdaşları, dövlət və özəl sektorun nümayəndələri, iş adamları iştirak etdilər.
-
-
-
-
24 yanvar 2025
Elektron xidmətlər portalı tanıdıldı