news_open

20 may 2025

Azərbaycan ilk dəfə Beynəlxalq Resurs Panelinin konfransında iştirak etdi

        Braziliyanın Sao Paulo şəhərində BMT-nin Ətraf Mühitin Mühafizəsi Proqramının nəzdində fəaliyyət göstərən Beynəlxalq Resurs Panelinin 33-cü konfransı keçirildi. Beynəlxalq tədbirə Azərbaycan ilk dəfə qatıldı. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini Natiq Şirinzadə konfransda iştirak etdi.

Beynəlxalq Resurs Paneli yer təkindən səmərəli istifadəni təkmilləşdirmək məqsədilə zəruri bilikləri toplayan və paylaşan elmi-siyasi platformadır. 33-cü konfransda təbii ehtiyatların idarə olunmasında təcrübəyə malik nüfuzlu ekoloqlar, ekspert və alimlər təmsil olundu. Dağ-mədən sənayesində elmi araşdırmalar, innovativ, texniki və sosial-iqtisadi yenilikləri əks etdirən qiymətləndirmə hesabatları müzakirəyə çıxarıldı.




   



Lastest