news_open

05 iyun 2024

BAKIDA KEÇİRİLƏN NÖVBƏTİ HƏRRAC UĞURLA BAŞA ÇATDI

Əmlak Xidmətləri Məkanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin təşkilatçılığı ilə növbəti hərrac keçirildi. Yer təkinin istifadəyə verilməsi üzrə hərrac auksion formasında təşkil olundu.





İştirakçı investorların və istifadəyə verilmiş faydalı qazıntı yataqlarının sayında bu il də müsbət dinamika müşahidə olunur. Təbii ehtiyatlardan səmərəli və qənaətlə istifadə etmək, həmçinin dağ-mədən fəaliyyətilə məşğul olan şirkətlər arasında dürüst və şəffaf rəqabəti təmin etmək məqsədilə keçirilən tədbirdə ölkə üzrə 19 faydalı qazıntı yatağı hərraca çıxarıldı, ümumilikdə 30 şirkət iştirak etdi. Rəqabət zamanı istismarçıların müxtəlif faydalı qazıntı yataqları üçün etdikləri son təkliflər start qiymətini üstələdi. Auskion qaydalarına riayət edildi və sağlam rəqabət mühiti qorundu. Yekun protokolda komissiya üzvləri hərracı uğurlu qiymətləndirdilər.





Yer təkindən səmərəli, kompleks və təhlükəsiz istifadəni təmin etmək Agentliyin başlıca fəaliyyət prinsipləridir və bu məqsədlə hərrac və faydalı qazıntı yataqlarında gedən işlərə nəzarət davam etdiriləcək.



Lastest