news_open

10 iyul 2023

Agentliyin sədri Samir İdayətov Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə keçirdiyi mətbuat konfransında iştirak edib.

“Ekologiyanın mühafizəsi” başlıqlı mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Samir İdayətov çıxışı zamanı "Dağ-mədən sahəsində aparılan islahatlar, bu sahədə nəzarət, uçot və hesabatlılığın təmini, həmçinin hərracların təşkili nəticəsində Fondun hesabına daxil olan vəsaitin həcmi 2021-ci ilə qədər olan dövrə münasibətdə 8 dəfəyə yaxın artıb" - deyə vurğulayıb.

Sədr həmçinin bildirib ki, ölkə ərazisində yerin təki sahələrinin istifadəyə verilməsi ilə əlaqədar 2021-ci ildə 84 yataq, 2022-ci il ərzində 92 yataq sahəsi, 2023-cü ilin 6 ayı ərzində isə 64 yataq sahəsi üzrə hərrac təşkil edilib. Keçirilmiş hərraclar barəsində elanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Agentliyin və Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib. Nəticədə 2021-ci ildə 666,4 min manat, 2022-ci il ərzində 4.9 milyon manat, 2023-cü ilin 6 ayı ərzində isə 1.2 milyon manat gəlir hərrac vasitəsilə daxil vəsait Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna daxil olub.

Konfrans zamanı işğaldan azad olunmuş ərazilərdə mövcud faydalı qazını yataqları haqqında məlumat verən sədr həmin ərazilərdə yenidənqurma və bərpa işləri ilə əlaqədar tələb olunan xammalın həmin ərazilərdə yerləşən faydalı qazıntı ehtiyatları hesabına təmin edildiyini bildirib:

 "2021-2022-ci illər ərzində yol infrastrukturunun qurulması, hava limanlarının tikintisi və sosial layihələrinin icrası məqsədilə 11 qeyri-filiz faydalı qazıntı yatağı daxilində tələb olunan xammaldan istifadəyə razılıq verilib. Əlavə olaraq bu il Ağdam rayonu ərazisində yerləşən “Şahbulaq” əhəng daşı yatağı istifadəyə verilib".




Lastest