
19 may 2023
Bu gün ekologiya və təbii sərvətlər naziri Göygöldə vətəndaşları qəbul edib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, 19 may 2023-cü il tarixində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Göygöl rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Görüşdə Agentliyin İdarə Heyətinin sədri Samir İdayətov da iştirak edib. Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, mineral xammal, biomüxtəliflik, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
-
-
06 iyun 2023
10 faydalı qazıntı yatağı hərraca çıxarılacaq. -
-