news_open

16 mart 2023

Bu gün İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ekspertləri ilə görüş keçirildi.

Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Avropa İttifaqı Ətraf Mühit Naminə” (EU4Environment) proqramı çərçivəsində Azərbaycanda ekoloji tələblərə uyğunluğun təmin olunması (environmental compliance assuarance) sahəsində qiymətləndirmənin aparılması məqsədilə Azərbaycanda səfərdə olan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) ekspert qrupu ilə bu gün Agentlikdə görüş keçirildi. Qiymətləndirmənin əsas məqsədi ölkəmizdə ekoloji tələblərin qanunvericiliyə uyğun təmin olunması, bu sahədə həyata keçirilən inspeksiya fəaliyyəti və ekoloji məsuliyyət sahəsində vəziyyətin təhlili, güclü və zəif tərəflərin müəyyən edilməsi və sahənin təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanmasından ibarətdir.

            Onu da qeyd edək ki, səfər çərçivəsində zəruri məlumatların toplanması məqsədilə aidiyyəti dövlət qurumları, özəl sektor və qeyri-hökumət təşkilatları ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Görüşlər zamanı sahibkarlıq sahəsində yoxlamaların aparılması prosedurları, lisenziya və icazələrin verilməsi, ekoloji hüquqpozmalar üzrə həyata keçirilən tədbirlər, xüsusilə də ekoloji inspeksiya fəaliyyətində mövcud vəziyyət haqqında fikir mübadiləsi aparılacaqdır.







Lastest