17 yanvar 2023
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində jurnalistlər üçün brifinq keçirilib.
Nazirlik
tərəfindən təşkil olunan brifinqdə işğal dövründə Azərbaycanın
"Söyüdlü", "Vejnəli", "Dəmirli" və
"Qızılbulaq" yataqlarının qanunsuz istismarı ilə məşğul olan xarici
şirkətlərin adları açıqlanıb. Bu barədə jurnalistlərə Geoloji Kəşfiyyat
Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev məlumat verib. Sözügedən müəssisələr
"Kanadanın "Sterlite Gold" LTD və "First Dynesty
Mines"; İsveçrənin "Base Metals", "Vallex Group";
Rusiyanın "Geopro Mayninq Gold Company"; İsveç və Lixtenşteynli
sahibkarların ortaq olduğu Ermənistanın "Armenian Copper Programme";
ABŞ-ın "Global Gold" və Hindistanın "Vedanta Resourcess" şirkətləridir.
Həmçinin
brifinq zamanı agentliyin sədri Şərqi Zəngəzur və Qarabağda mineral xammal
ehtiyatlarının qiymətləndirilməsi üzrə görülən işlər və sözügedən regionda yataqların
iqtisadi dövriyyəyə cəlb edilməsi haqqında da danışıb.
Brifinqdə
iştirak edən Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin
sədr müavini Elçin Məcidov isə agentlikdə ötən il görülən işlər haqqında məlumat
verib və yeni ildə "Yerin təki haqqında" qanun layihəsinə bir sıra dəyişikliklərin
ediləcəyini vurğulayıb. O qeyd edib ki, hal-hazırda layihə aidiyyəti qurumlarla
razılaşdırılma mərhələsindədir.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı