15 fevral 2023
Bu gün yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçirildi.
İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi
və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından
İstifadə Agentliyi tərəfindən yerin təkinin istifadəyə verilməsi
üzrə növbəti hərrac keçirildi.
Hərracda 3 lot üzrə Xızıda yerləşən “Şurabad” qum yatağı, Balakəndə 1 lot üzrə “Göyəmtala” gil yatağı, Qazaxda hər biri 3 lot üzrə “Aşağı Salahlı” gil və “Daş Salahlı-III” sement xammalı yataqları, Ağstafada 2 lot üzrə “Acıdərə” vulkan külü yatağı satışa çıxarıldı.
Qeyd edək ki, hərracda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı ilə Agentliyin (https://cutt.ly/CMrvQ4L) və ya Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifələrində (https://emlak.gov.az/cat/3) tanış ola bilərsiniz.
Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı