29 may 2024
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin rəsmiləri Ankara şəhərində işgüzar səfərdədir
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir.
Agentlik rəsmiləri Ulu Öndər Heydər Əliyevin Ankaradakı abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıb.
Agentlik rəsmiləri Ulu Öndər Heydər Əliyevin Ankaradakı abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıb.
Səfər çərçivəsində Türkiyə Respublikası Mədən və Neft İşləri Baş İdarəsi ilə səmərəli əməkdaşlığın təşkili və perspektivlərin dəyərləndirilməsi istiqamətində görüşlərin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Ankara səfəri iki qurum arasında ötən il imzalanan Niyyət Protokolu əsasında baş tutub.
-
20 yanvar 2025
Qanlı yanvar faciəsindən 35 il ötür -
17 yanvar 2025
Şəhidlərimizin xatirəsini anırıq -
16 yanvar 2025
"The Future Minerals Forum"da Azərbaycan da iştirak etdi -
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir