06 yanvar 2023
Daha 5 faydalı qazıntı yatağı hərraca çıxarılır.
İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi
və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından
İstifadə Agentliyi tərəfindən fevralın 15-də yerin təkinin istifadəyə verilməsi
üzrə növbəti hərrac keçiriləcək.
Hərracda 3 lot üzrə Xızıda yerləşən “Şurabad” qum yatağı, Balakəndə 1 lot üzrə “Göyəmtala” gil yatağı, Qazaxda hər biri 3 lot üzrə
“Aşağı Salahlı” gil və “Daş Salahlı-III” sement xammalı yataqları, Ağstafada 2 lot üzrə “Acıdərə” vulkan külü yatağı satışa çıxarılacaq. Hərracda iştirak
etmək üçün tələb olunan sənədlərin siyahısı ilə Agentliyin (https://cutt.ly/CMrvQ4L) və ya Əmlak Məsələləri
Dövlət Xidmətinin rəsmi internet səhifələrində (https://emlak.gov.az/cat/3) tanış ola bilərsiniz
Hərracda iştirak etmək üçün iddiaçılar hərrac
haqqında elanda qeyd оlunan müvafiq sənədlər toplusunu təqdim etməli, xidmət
haqqı və beh məbləğini ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və
fiziki şəxsləri də iştirak edə bilər.
Elanda göstərilən sənədlər 8 fevral 2023-cü il saat
16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, 31 ünvanına təqdim edilməlidir.
Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında
saat 11-də keçiriləcək.
Hərraclar və digər yeniliklərlə bağlı son xəbərləri
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sosial şəbəkə səhifələrindən
də əldə etmək mümkündür.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı