
10 iyul 2023
Dağ-mədən sahəsində mövcud imkanlar və perspektivlər mövzusunda Naxçıvanda ilk dəfə “Biznes Forum” keçirildi.
Bu gün Naxçıvan
Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Mineral
Xammal Ehtiyatlarından İstifadə Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Dağ-Mədən Sahəsində Mövcud
İmkanlar və Perspektivlər” mövzusunda Biznes Forum keçirildi.
Sözügedən
sahə üzrə Naxçıvanda mövcud imkanlar və perspektivlər haqqında potensial
auditoriyanı maarifləndimək məqsədilə keçirilən Forumda ölkə ərazisində fəaliyyət
göstərən iri və orta sahibkarlıq subyektlərinin və bır sıra dövlət qurumlarının
nümayəndələri iştirak etmişlər. Forumun gündəliyində bu bölgədə yerləşən faydalı
qazıntı yataqları, yer təkinin hüquqi tənzimlənməsi qaydaları və sözügedən sahəyə
investisiyanın təşviqi ətrafında mövzular yer almışdır.
Forumda Geoloji Kəşfiyyat, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentlikləri əməkdaşları hər biri öz sahəsi üzrə təqdimatları ilə çıxış etdilər.
-
-
24 aprel 2025
Qanunsuz istismara qarşı mübarizə davam edir -
-
08 aprel 2025
Yol layihələrinin icrasına xammal dəstəyi