21 yanvar 2026
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi "Gələcək Minerallar Forumu"nda iştirak etdi
2026-cı ilin 13-15 yanvar tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində "Gələcək Minerallar Forumu" keçirildi. Üç günlük beynəlxalq tədbirin açılış mərasimində "Nazirlərin Dəyirmi Masası" təşkil olundu. Mədən fəaliyyətində dövrün reallıqları, qlobal mədənçilik problemləri, həll yolları, ekoloji təhlükəsizlik təşəbbüsləri, gələcəyin mineral resursları, mineral xammal təchizatında məsuliyyətli yanaşmalar, kritik mineralların perspektivi və digər strateji istiqamətlər üzrə müzakirələr aparıldı. İclas gündəliyi çərçivəsində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agenliyinin Səudiyyə Ərəbistanı, Gürcüstan, Qırğızıstan və Qazaxıstan təmsilçiləri ilə görüşləri oldu, dağ-mədən işlərində tərəfdaşlığın mövcud vəziyyəti, perspektivləri müzakirə edildi. Forumda Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir İdayətov və qurumun Mətbuat katibi Amal Alışarlı iştirak etdi.




-
29 yanvar 2026
Yer təkindən istifadə üzrə ilin ilk hərracı keçirildi -
-
-