news_open

20 oktyabr 2025

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi "Rebuild Karabakh" beynəlxalq sərgisində stendlə iştirak etdi

Bakı Ekspo Mərkəzində “Caspian Construction Week” sərgi həftəsinin rəsmi açılış mərasimi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti səsləndirildi. Açılış mərasimində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyəti iştirak etdi.

“Rebuild Karabakh” beynəlxalq sərgisində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi stendlə iştirak etdi. Sərginin ilk günündə stendimizi rəsmi şəxslər, iş adamları və media mənsubları ziyarət etdilər. Agentliyin sədri Samir İdayətov dövlətin Qarabağda apardığı irimiqyaslı tikinti-bərpa layihələrində dağ-mədən fəaliyyətinin rolu, yerli mineral xammala olan tələbatın ödənilməsi istiqamətində görülmüş işlərlə bağlı qonaqlara məlumat verdi.

Agentliyin “Rebuild Karabakh” beynəlxalq sərgisindəki stendi özünəməxsus təqdimatı ilə diqqət mərkəzində oldu. Qarabağdakı dağ-mədən fəaliyyətinə dair nəşrlərimiz, məlumat kitabçası, xüsusi video-çarx, interaktiv xəritə, mineral süxur nümunələri, elektron QR xidmətlər ziyarətçilər tərəfindən maraqla qarşılandı.

















Lastest