news_open

07 fevral 2025

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin məlumatı

Agentliyin Monitorinq və nəzarət şöbəsinin mütəxəssisləri tərəfindən 04-06 fevral tarixlərində İmişli rayonu inzibati ərazisindəki “İmişli” qum-çınqıl yatağında fəaliyyət göstərən karxanalara növbəti baxış keçirilib. Yerin təkindən istifadəyə nəzarət məqsədilə keçirilən monitorinq zamanı faydalı qazıntı yataqlarında qanunsuz hasilat aparan istismarçılar müəyyən edilib.

Qeyri-qanuni istismar faktları üzrə ümumilikdə 10 Akt, 7 İnzibati xəta haqqında protokol tərtib olunub. Aşkar edilmiş qanunsuz fəaliyyətə dair 3 fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndəriləcəkdir.

İcazə sənədi olmadan yer təkini istismar edən şəxslər - Vüqar Qəhrəmanov, Ələkbər Bəşirov, Qafqaz Cəfərova, Allahverən Qasımov, İlqar Abbasov və İlham Həsənov barəsində Akt və İnzibati xəta haqqında protokol tərtib olunub.  

          Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi qeyri-qanuni istismara qarşı mübarizəni bundan sonra da davam etdirəcəkdir. Yer təki istifadəçilərinə bir daha xatırladırıq: “Dağ-mədən ayırması” Aktı olmadan yer təkindən istifadə etmək qadağandır!  










Lastest