news_open

12 mart 2026

Ekologiya və təbii sərvətlər naziri Şabranda vətəndaşları qəbul etdi

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 12 mart 2026-cı il tarixində ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Şabran rayon Heydər Əliyev Mərkəzində Şabran, Xaçmaz, Siyəzən və Xızı rayonlarından olan sakinləri qəbul etdi.
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olundu, görkəmli dövlət xadiminin əziz xatirəsi anıldı.
Vətəndaş qəbulu zamanı ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya və digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənildi. Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verildi.






Lastest