news_open

22 iyul 2024

Ekoloji məsələlər üzrə işçi qrup Ağdamda toplandı

     İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının Ekoloji məsələlər üzrə işçi qrupu Ağdam Konfrans Mərkəzində bir araya gəldi. İşçi qrupun növbəti iclasında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin nümayəndələri də iştirak etdilər. Görüşdə Qarabağ və Şərqi Zəngəzurun şəhər və rayonları üzrə Prezidentin Xüsusi Nümayəndəliklərinin əməkdaşları və müvafiq dövlət qurumlarının təmsilçilərilə torpaqlardan rasional istifadə və ətraf mühit mövzusunda müzakirələr aparıldı. İşğaldan azad edilmiş bölgələrdə infrastruktur layihələri həyata keçirilərkən ekoloji tələblərin icra vəziyyəti, mövcud mineral xammal yataqlarından istifadənin perspektivləri, torpaqların elektron kadastr uçotu, biomüxtəlifliyin tədqiqi kimi  məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 

                                                           


                                                           


                                                           

     Tikinti və söküntü tullantılarının həcminin artması ilə əlaqədar Ağdamdakı təkrar emal fəaliyyətinin azad edilmiş digər rayonlarda da tətbiqi, meşə, yaşıllıq və əkin sahələrinin mühafizəsi üçün qabaqlayıcı tədbirlərin artırılması, birgə əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlər kimi müəyyənləşdirildi. 




Lastest