12 aprel 2023
Elektron qeydiyyat və nəzarət sistemi yaradıldı
Karxana fəaliyyəti ilə məşğul sahibkarların
işində rahatlığı və operativliyi təmin etmək məqsədi ilə Dövlət Mineral Xammal
Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən yerin təki sahəsinə dair elektron
qeydiyyat və nəzarət sistemi istifadəyə verildi. Hazırlanmış platforma vasitəsi ilə yer təki
sahəsində fəaliyyət göstərən istismarçılar bütün əməliyyatları elektron formada
yerinə yetirə biləcəklər. Bu platforma vasitəsi ilə hesabatların təqdim edilməsi,
razılaşdırılması zəruri olan sənədlərin və digər müraciətlərin şəxsi kabinet
vasitəsi ilə elektron formatda göndərilməsi təmin ediləcək.
Birinci mərhələdə platformada vahid məlumat
bazası yaradılmışdır. Sonrakı mərhələdə isə Agentlik tərəfindən qəbul edilmiş 5
GK hesabatları və yer təki sahəsindən istifadəyə dair verilmiş icazə sənədləri
(DMAA) barədə həmin bazaya mövcud məlumatların inteqrasiyası təmin edilmişdir.
Platformada hər biri ayrı
bölmədə yataqlar haqqında məlumat, onların isifadəsinə dair hesabatlar, hərraca
çıxarılacaq yataqlar, hərracda iştirak şərtləri, cərimələrin məbləğləri
haqqında məlumatlar və tərtib olunan aktlar əks olunmuşdur. Bundan əlavə sayt
vasitəsi ilə istismarçılar onlar üçün qaranlıq qalan bütün prosedur və əməliyyatlar
haqqında Agentliyin mütəxəssislərinə müraciət ünavanlaya biləcəklər.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı