.jpeg)
24 yanvar 2025
Elektron xidmətlər portalı tanıdıldı
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyində yeni yaradılmış Elektron xidmətlər portalının tanıtımı oldu. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Agentliyin mütəxəssisləri və sahibkarlar iştirak etdilər. Yeni portalın əhəmiyyəti, üstünlükləri və funksionallığı izah edildi, istifadə qaydaları göstərildi. Bu portal vasitəsilə sahibkarlar müraciətlərini rəqəmsal platforma üzərindən ünvanlaya və ya aktiv obyektləri barədə lazımi məlumatları asanlıqla əldə edə biləcəklər. Görüşdə əlavə suallar cavablandırıldı, detallar müzakirə edildi.
-
-
24 aprel 2025
Qanunsuz istismara qarşı mübarizə davam edir -
-
08 aprel 2025
Yol layihələrinin icrasına xammal dəstəyi