news_open

30 oktyabr 2023

Fatih Dumanlı: Niyyət protokolu çərçivəsində texniki infrastruktur ilə bağlı da təcrübələrimizi paylaşacağıq

“Bu gün Azərbaycanla dağ-mədən sənayesi və geologiya sahəsində niyyət protokolu imzaladıq. Protokol çərçivəsində iki ölkə arasında mədənçilik fəaliyyətlərində qanunvericilik istiqamətində əməkdaşlıq nəzərdə tutulub. Eyni zamanda, texniki infrastruktur ilə bağlı da müzakirələr aparılacaq, təcrübələrimizi paylaşacağıq”.

Bunu Forum zamanı Türkiyə Respublikası Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən və Neft İşləri Baş İdarəsinin baş direktor müavini Fatih Dumanlı deyib.

"Qardaş ölkəyə bizə yaratdığı bu fürsətə görə minnətdaram. Niyyət protokolunun xeyirli olmasını və əməkdaşlığımızın daha da genişlənməsini arzulayıram", - deyə F.Dumanlı bildirib.

Qeyd edək ki, oktyabrın 27-də Bakıda Beynəlxalq Geologiya-Mədənçilik Forumu çərçivəsində Türkiyə Respublikası Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən və Neft İşləri Baş İdarəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi arasında niyyət protokolu imzalanıb.



Lastest