19 dekabr 2023
Faydalı qazıntı yataqlarının istifadəsi üzrə növbəti hərrac keçirilib
Təbii
ehtiyatlardan səmərəli və qənaətlə istifadə məqsədilə təşkil olunan hərraclar
sahibkarlıq fəaliyyətinə əlverişli şərait yaratmaqla, şəffaf iştirakçılıq üçün əlverişli
mexanizmlərdəndir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin
və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından
İstifadə Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən hərraclarda
investorların və istifadəyə verilmiş faydalı qazıntı yataqlarının sayında
müşahidə olunan müsbət dinamika isə əməkdaşlığın uğurlu nümunələrindəndir.
Hərraca
çıxarılan müxtəlif faydalı qazıntı yataqları investorlar və sahibkarlıq fəaliyyətinə
yeni başlayanlar üçün geniş seçim imkanı yaradır. Hərraclara böyük sahibkar
marağı ölkədəki iqtisadi aktivliyin göstəricisidir.
Yevlax
rayonunda yerləşən “Qaraoğlan” qum yatağının istifadəyə verilməsi üzrə 22
noyabr tarixində keçirilən hərracda investorlar arasında sağlam rəqabət nəticəsində
son təklif ilkin start qiymətindən (42.560 manat) 20 dəfəyədək çox olub. Qalib
investor tərəfindən 831.000 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Hərracın
nəticəsi ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür: https://bit.ly/4agWYjq
-
20 yanvar 2025
Qanlı yanvar faciəsindən 35 il ötür -
17 yanvar 2025
Şəhidlərimizin xatirəsini anırıq -
16 yanvar 2025
"The Future Minerals Forum"da Azərbaycan da iştirak etdi -
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir