news_open

06 iyun 2024

FAYDALI QAZINTI YATAQLARINDA MONİTORİNQ DAVAM EDƏCƏK

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi “Yaşıl dünya naminə həmrəylik ili”lə bağlı tədbirlərin icrasını davam etdirir. Agentliyin geoloji ekspertiza üzrə mütəxəssisləri aidiyyəti qurumların nümayəndələrilə birgə Qobustan rayonunun “Nabur” vulkan külü və “Qozluçay” qum-çınqıl yatağına baxış keçiriblər.  




Ümumilikdə son 6 ayda Qarabağ və Şərqi Zəngəzur bölgəsi də daxil olmaqla ölkə üzrə faydalı qazıntı yataqlarında monitorinq aparılıb. Aprel-may aylarında çaylarda müşahidə olunan bol sululuq səbəbindən yaranan problemləri təyin etmək üçün yataqlara baxılıb, vəziyyət qənaətbəxşdir.




Agentlik bildirir ki, yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsi məqsədilə mütəmadi monitorinqlər davam etdiriləcək. 



Lastest