
06 iyun 2024
FAYDALI QAZINTI YATAQLARINDA MONİTORİNQ DAVAM EDƏCƏK
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi “Yaşıl dünya naminə həmrəylik ili”lə bağlı tədbirlərin icrasını davam etdirir. Agentliyin geoloji ekspertiza üzrə mütəxəssisləri aidiyyəti qurumların nümayəndələrilə birgə Qobustan rayonunun “Nabur” vulkan külü və “Qozluçay” qum-çınqıl yatağına baxış keçiriblər.
Ümumilikdə son 6 ayda Qarabağ və Şərqi Zəngəzur bölgəsi də daxil olmaqla ölkə üzrə faydalı qazıntı yataqlarında monitorinq aparılıb. Aprel-may aylarında çaylarda müşahidə olunan bol sululuq səbəbindən yaranan problemləri təyin etmək üçün yataqlara baxılıb, vəziyyət qənaətbəxşdir.
Agentlik bildirir ki, yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsi
məqsədilə mütəmadi monitorinqlər davam etdiriləcək.
-
-
24 aprel 2025
Qanunsuz istismara qarşı mübarizə davam edir -
-
08 aprel 2025
Yol layihələrinin icrasına xammal dəstəyi