10 noyabr 2022
Faydalı qazıntı yataqlarının satışı üzrə növbəti hərrac keçiriləcək.
İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi
və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından
İstifadə Agentliyi tərəfindən dekabrın 14-də yerin təkinin istifadəyə verilməsi
üzrə növbəti hərrac keçiriləcək.
Hərracda 1 lot üzrə Ağdam rayonu “Qarqarçay”
qum-çınqıl yatağı, hər biri 4 lot üzrə Qaradağ rayonu “Gülbaxt” və “Vulkan”
mişar daşı yataqları satışa çıxarılacaq. Hərracda iştirak etmək üçün tələb
olunan sənədlərin siyahısı ilə Agentliyin (https://cutt.ly/CMrvQ4L) və ya Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifələrində
(https://emlak.gov.az/cat/3) tanış ola bilərsiniz
Hərracda iştirak etmək üçün iddiaçılar hərrac
haqqında elanda qeyd оlunan müvafiq sənədlər toplusunu təqdim etməli, xidmət
haqqı və beh məbləğini ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və
fiziki şəxsləri də iştirak edə bilər.
Elanda göstərilən sənədlər 07 dekabr 2022-ci il
saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, 31 ünvanına təqdim
edilməlidir.
Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında
saat 11-də keçiriləcək.
Hərraclar və digər yeniliklərlə bağlı son xəbərləri
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sosial şəbəkə səhifələrindən
də əldə etmək mümkündür.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı