09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək
Yer təkindən istifadə ilə bağlı 19
fevral 2025-ci il tarixində saat 11:00-da keçiriləcək hərracın elanı
Hərrac auksion formasında keçiriləcəkdir.
Xocalı
rayonu “Xocalı” gil yatağı
N |
Yatağın adı |
LOT |
Həcmi |
Sahəsi |
Faydalı qazıntının növü |
İstismar müddəti |
Yatağın koordinatı |
Başlanğıc qiyməti (manatla) |
Beh məbləği (10%) (manatla) |
İştirak haqqı (manatla) |
1. |
Xocalı |
LOT-1 |
100 000 m3 |
6.0 ha |
Gil |
Beş il |
650172.77 4419129.28 |
10 000 |
1000 |
540 |
Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza
Ulutürk 20 Bakı, Azərbaycan, 1029.
Qeyd: Hərracda iştirak etmək istəyən
fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10%
miqdarında beh məbləğini ödəmək üçün Dövlət Mineral Xammal Ehtiyatlarından
İstifadə Agentliyinə müraciət edə bilərlər. (Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət
küçəsi, 31 A) tel: (012) 597 01 68 (dax:5022)
Yer təki sahəsindən faydalı
qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalı və hərracda iştirak
etmək üçün aşağıdakı sənədləri müraciət Ərizəsinə
qoşma olaraq təqdim etməlidirlər:
1.
Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);
2.
Hərracda iştirak haqqının ödənilməsi barədə bank sənədinin əsli;
3.
Hərracda
(müsabiqə və auksion) iştirak etmək üçün ödənilən iştirak haqqı (hərrac xərcləri)
hərrac predmetinin ehtiyat həcmlərinə münasibətdə aşağıdakı qaydada (Lot
üzrə) müəyyən edilir:
Ehtiyat
həcmi 200 000 (iki yüz min) kub metrədək
- 540,00 (beş yüz qırx) manat;
Ehtiyat
həcmi 200 000 (iki yüz min) kub metrdən 500 000 (beş yüz min) kub
metrədək - 810,00 (səkkiz yüz on) manat;
Ehtiyat
həcmi 500 000 (beş yüz min) kub metrdən yuxarı olduqda – 1080,0 (bir min səksən)
manat.
4.
“Vergi ödəyicisinin vergi borcu barədə”
arayış (müvafiq sənəd elektron qaydada alındıqda notarial təsdiqli olması zəruridir);
5.
İddiaçının son bir ildə
maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);
6.
İddiaçının tam adı, hüquqi
statusu: Hüquqi şəxsdirsə - nizamnaməsi, təsisçi və ya direktorun şəxsiyyətini
təsdiq edən sənədin surəti, VÖEN-şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı,
qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; fiziki şəxsdirsə - şəxsiyyəti təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi (notarial
qaydada təsdiqlənmiş);
7.
İddiaçının ixtisas göstəricilərinə
dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək
müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin notarial qaydada təsdiq
olunmuş surəti;
8.
İddiaçının maddi-texniki
bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və
avadanlıqları) haqqında məlumat.
Sənədlər
Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.
9.
Yatağın işlənməsinə dair texniki iqtisadi göstəricilərin xülasəsi
İddiaçılar hərracda
iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 12 fevral 2025-ci il saat 18:00-a qədər Bakı şəhəri,
Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə (Bakı KOB evi) ünvanına təqdim etməlidirlər.
Hərracda
iştirak etmək üçün hüquqi və fiziki şəxslər
Agentliyə “Yer təkinin istifadəyə
verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydalarına”
uyğun ərizə (bundan sonra “ərizə”)
təqdim edir.
Göstərilən vaxtdan
gec təqdim olunmuş
sənədlər açılmadan geri qaytarılacaqdır.
Hərracda
iştirak etmək istəyənlər yatağın hər lot üzrə ehtiyat həcminə uyğun olaraq
iştirak haqqını aşağıda göstərilən hesaba
köçürdükdən sonra, Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Dövlət
Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Bakı KOB evindəki pəncərəsindən
(Əlaqələndirici şəxs: Əliyev Sərxan, telefon: (055) 277 23 37) pəncərəsindən
ala bilərlər.
Hesab:AZ61AIIB38020019440812108103 |
VÖEN 1306614461 |
Bank: "Kapital Bank" ASC, Yasamal filialı |
Kodu: 200037 |
VÖEN: 9900003611 |
M/H: AZ37NABZ01350100000000001944 |
S.W.İ.F.T: AIIBAZ2X |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Hərrac komissiyası tərəfindən hərrac iştirakçısına dəvət məktubu verildikdən
sonra 2 (iki) iş günü ərzində başlanğıc qiymətinin
10% miqdarında beh məbləği ödənilməlidir.
Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca
buraxılmır.
Qoşma:
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə
Agentliyinə
Fiziki şəxs / Hüquqi şəxs
VÖEN:
Ünvan:
Ərizə
Xahiş edirik hərracda
iştirak etmək üçün icazə verəsiniz.
Qoşma
İmza: Tarix:
Hərracın qalibi aşağıdakı şərtlərə
əməl etməlidir
Faydalı qazıntı çıxarmaq üçün verilmiş "Dağ-mədən
ayırması aktına” görə qoyulan tələblər:
- yerin
təkindən istifadə məqsədilə dağ-mədən fəaliyyətinə başlamadan öncə “Dağ-mədən
işlərinin inkişafı planı”nın Agentliyə təqdim olunması təmin edilməlidir;
- yerin
təkindən istifadə məqsədilə dağ-mədən fəaliyyətinə başlamadan öncə rəsmiləşdirilmiş
torpaqayırma sənədlərinin, o cümlədən torpaq sahəsinin Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
tərəfindən təsdiqlənmiş yerquruluşu planının və ya torpaq sahəsinin ölçüsü və
planı sənədinin 30 gün ərzində təqdim olunması təmin edilməlidir;
- üst
açma zamanı torpağın münbit qatının sıyrılaraq səmərəli istifadə məqsədilə saxlanılması, faydalı qazıntılar
çıxarılan ərazilərin “Rekultivasiya layihəsi”nin hazırlanması və müvafiq
qurumlar tərəfindən təsdiq edilməsi;
- İstismar işləri
yekunlaşdıqdan sonra təsdiqlənmiş Layihəyə uyğun ərazilərin istifadəyə yararlı hala salınaraq torpaq sahibinə
qaytarılmasının təmin edilməsi;
- Respublikanın
avtomobil yollarından və yol qurğularından istifadə edilərkən, onların
qorunmasının təmin olunması məqsədilə AR Nazirlər Sovetinin 1989-cu il 17
noyabr tarixli 461 nömrəli Qərarının tələblərinə riayət edilməsi;
- “Magistral
boru kəmərlərinin, körpülərin, hidrotexniki qurğuların və yüksək gərginlikli
elektrik hava xətlərinin mühafizəsinin gücləndirilməsinə dair bəzi tədbirlər
barədə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 avqust
tarixli 191 saylı Qərarının tələblərinə riayət edilməsi;
- Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart
tarixli, 351 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Mineral-xammal Bazasının Bərpası
üzrə Dövlət Fondu haqqında” Əsasnamənin əlavəsinə müvafiq olaraq ayırma ödənişinin vaxtında ödənilməsinin təmin edilməsi;
- istismar zamanı “Dağ mədən ayırma” aktı əsasında ayrılmış
sahədən kənaraçıxma hallarına yol verilməməsi və istismar işlərinin müəyyən
edilmiş dərinliyə qədər aparılmasının təmin olunması;
- fəaliyyət dövründə ekoloji tələb və normalara ciddi riayət
edilməsi;
- karxananın istismarı üçün hər il “Dağ-mədən işlərinin
inkişaf planı”nın tərtib olunaraq müəyyən olunmuş qaydada Agentlik ilə
razılaşdırılması;
- Azərbaycan Respublikası qanunvericiliyinə, habelə yerin təkindən
istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı
qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi;
- yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz
görülməsinin təmin edilməsi, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə mövcud
istismar sahəsinin hasarlanması, giriş-çıxış yollarının işarələnməsi, Dağ-mədən
ayırması hüdudlarından kənar ərazilərin sözügedən fəaliyyətlə əlaqəli olan
antropogen təsirlərdən qorunması;
- istismar işlərinin aparılması zamanı hakim küləklərin nəzərə
alınması, qeyri-üzvi tozun yaranmasının və ətraf yaşayış məntəqələrinə
yayılmasının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi;
- nəqletmə zamanı avtomobil nəqliyyatlarının banının xüsusi
çadırlarla örtülməsinin təmin edilməsi;
- sanitar və ekoloji mühafizə tələblərinə əməl edilməsi;
- Faydalı qazıntı çıxaran müəssisə rəhbərləri və vəzifəli şəxsləri
"Dağ-mədən ayırması" statusunu təsdiq edən aktdan irəli gələn, yer təkinin
istifadəçisi kimi vəzifə borclarını yerinə yetirmədiklərinə və "Yerin təki
haqqında" qanunun tələblərini pozduqlarına görə məsuliyyət daşıyırlar.
Yerin təkindən müvafiq icazə olmadan istifadə edən cavabdeh vəzifəli şəxslər və
sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət
daşıyırlar.
- Faydalı qazıntı çıxaran müəssisədə "Dağ-mədən
ayırması"nı təsdiq edən aktın və qanunla tələb olunan sənədlərin dolğun və
düzgün olmasına, həmçinin icazə verilən hüdudlar daxilində dağ-mədən işlərinin
aparılmasında "Yer təki haqqında" qanuna riayət olunmasına nəzarəti
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi həyata keçirir.
- yatağın işlənməsi faydalı qazıntı çıxaran müəssisənin təsdiq
olunmuş layihəsinə, dağ işlərinin inkişaf planına və texniki istismar
qaydalarına uyğun yerinə yetirilməldir;
- yataqlardan əsas və onlarla birlikdə yatan faydalı
qazıntıları və sənaye əhəmiyyəti kəsb edən qiymətli komponentləri çıxarmaq üçün
daha səmərəli effektliliyə malik üsulları və işlənmə sistemləri tətbiq edilməlidir;
- faydalı qazıntıların normadan artıq itirilməsinə və
kasadlaşmasına, həmçinin yataq və lay sahələrinin seçmə yolla işlənməsinə yol
verməmlidir;
- faydalı qazıntı yatağının istismar kəşfiyyatının, digər
geoloji işlərin, markşeyder işlərinin aparılmasını, həmçinin geoloji,
markşeyder və texniki sənədlərdə tələb olunan işləri yerinə yetirməlidir;
- faydalı qazıntı ehtiyatlarının vəziyyətinin, hərəkətinin,
itirilməsinin və kasadlaşmasının hesabatının aparılmasını həyata keçirməlidir;
- dağ işlərinin aparılması zamanı işlənən və onunla
qonşuluqda yatan faydalı qazıntı yataqlarının korlanmasına yol verməməyə və yerin
təkində işlənməsi konservasiya olunmuş ehtiyatların mühafizəsini təmin etməlidir;
- əsas faydalı qazıntı ilə birlikdə çıxarılan, müvəqqəti
istifadə olunmayan faydalı qazıntıların hesabatının aparılmasına və mühafizəsinə
nəzrət etməlidir;
- açılış süxurlarının və istehsalat tullantılarının düzgün
idarəedilməsini və ayrılmış xüsusi sahədə anbarlaşmasını təmin etməlidir;
- işçilərin həyat və sağlamlığını, yerin təkinin, ətraf təbii
mühitin və digər obyektlərin mühafizəsini, bina və qurğuların dağ işlərinin zərərli
təsirindən mühafizəsini təmin etməlidir;
- qəzanın ləğv edilməsi planını işləyib təsdiq etməlidir
(FHN);
- faydalı qazıntı yataqlarının işlənməsində nadir geoloji və
mineraloji törəmələrin, meteoritlərin, paleontoloji, arxeoloji və digər elm və
mədəniyyət üçün maraqlı olan obyektlərin aşkar edildiyi hallarda işləri
dayandırmağa və aidiyyəti üzrə dövlət orqanlarına məlumat verməlidir;
- dağ işlərinin aparılması konservasiya edildikdə, yaxud həmişəlik
dayandırıldıqda, faydalı qazıntı çıxaran müəssisənin, yaxud onun bir hissəsinin
ləğv və konservasiya işlərini həyata keçirməlidir;
- ümumi yayılmış faydalı qazıntı ehtiyyatlarının balans
hesabatının ( 5K forması) istismar dövrü ərzində hər ilin yanvar ayının 31-dən
gec olmayaraq Agentliyə təqdim edilməsi.
- Yerin təkinin istifadəçisi "Dağ-mədən ayırması"
aktı aldıqdan iki il müddətində işə başlamamışdırsa "Dağ-mədən
ayırması" aktı öz qüvvәsini itirir və Dövlət Mineral Xammal
Ehtiyatlarından İstifadə Agentliyinə qaytarılır;
- Müəssisənin (fiziki şəxsin) ona verilmiş "Dağ-mədən
ayırması aktı" üzrə yerin təkindən istifadə hüquqlarını digər müəssisəyə
(fiziki şəxsə) verməsi qadağan edilir.
- Yuxarıda qeyd olunan ekoloj tələblərin icrasına Dövlət
Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyi tərəfindən nəzarət edilməsinə
şərait yaradılmalı, eyni zamanda hər bənd üzrə görülən işlərin nəticəsi barədə Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarına məlumat verilməli və cari vəziyyət
haqqında rəsmi məlumatlar Agentliyə təqdim olunmalıdır.
- Müəssisənin konservasiyası və ya ləğv olunması aktı təsdiq
olunduqdan 30 gün müddətinə "Dağ-mədən ayırması" aktının, geoloji və işlərin
dayandırıldığı günədək məlumatlar doldurulmaqla markşeyder sənədlərinin əsli
iltizam sənədi ilə birgə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə
Agentliyinə geri qaytarır. Markşeyder planlarının, geoloji xəritələrin və kəsilişlərin
surətləri isə qonşu müəssisələr də daxil olmaqla həmin müddətdə marağı olan təşkilatlara,
müəssisələrə verilməlidir.
- Göstərilən vəzifələri yerinə yetirmədikdə faydalı qazıntı
çıxaran müəssisənin rəhbərləri və vəzifəli şəxsləri, fiziki şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı