news_open

30 oktyabr 2023

Forumun birinci sessiyasında Agentliyin sədri dağ-mədən sahəsində görülən işlərdən danışıb

"Hazırda Azərbaycanda dağ-mədən sahəsində fəaliyyət göstərən yerli və xarici müəssisələr filiz və qeyri-filiz faydalı qazıntılarının istismarı nəticəsində dünya bazarına qiymətli metalların, o cümlədən hazır məhsula yönəlmiş tikinti materiallarının ixracını davam etdirir".

Bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov Beynəlxalq Geologiya-Mədənçilik Forumunda Dağ-mədən sənayesinin beynəlxalq təchizat zəncirində rolu və Azərbaycan üçün perspektivləri mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, ölkədə qeyri-neft sektorunun inkişafında dağ-mədən sənayesi əsas yerlərdən birini tutur, yerli sənaye və tikinti materiallarının istehsalı və ixracı ölkə iqtisadiyyatının inkişafına öz müsbət təsirini göstərir.

"Azərbaycanda dağ-mədən sahəsinin inkişafında Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bu gün həmin sahə Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində uğurla inkişaf edir. Bu gün ölkə rəhbərliyinin apardığı uğurlu daxili və xarici siyasət, ölkə iqtisadiyyatının dayanıqlığı, siyasi sabitlik bütün sahələrdə olduğu kimi dağ-mədən sənayesinə də xarici investorların cəlb edilməsinə və onların uzunmüddətli fəaliyyətinə zəmin yaradacaq", - S.İdayətov əlavə edib.



Lastest