10 oktyabr 2022
Karxana fəaliyyəti ilə məşğul olan sahibkarların nəzərinə!
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları Bakıda karxana fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçirəcək.
Görüşdə
istismarçıların karxana fəaliyyətinin hüquqi əsaslarına dair sualları
cavablandırılacaq. Görüş 27 oktyabr tarixində Bakıda, Ekologiya və Təbii Sərvətlər
Nazirliyində keçiriləcək.
Bu kimi
görüşlərin təşkil olunmasında əsas məqsəd karxana fəaliyyəti ilə məşğul olan
sahibkarları bu sahənin hüquqi normaları haqqında maarifləndirmək, onların
qarşılaşdıqları problemlər ilə tanış olmaq və hər birini dinləməkdir. Belə ki, təşkil olunan görüşdə agentliyin mütəxəssisləri
tərəfindən faydalı qazıntı yataqlarının istismar qaydaları, hüquqi tənzimlənməsi
sual-cavab formatında istismarçıların diqqətinə çatdırılcaqdır. Hər bir
sahibkar görüşdə iştirak edə bilər.
Daha ətraflı
məlumat və ya iştirak üçün +994 55 455 80 87 əlaqə nömrəsinə zəng edə bilərsiniz.
Məlumat
üçün qeyd edək ki, Agentlik haqqında son xəbərləri və yenilikləri agentliyin rəsmi
internet səhifəsi (www.meda.gov.az)
və ya sosial platformada mövcud Facebook və Linkedin səhifələrindən əldə edə
bilərsiniz.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı