
17 aprel 2025
Laçın rayonundakı faydalı qazıntı yataqlarına baxış keçirildi
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi Kənd Təsərrüfatı Nazirliyilə birgə Laçın rayonu ərazisində yerləşən “Əhmədli” mişar daşı yatağına baxış keçirdi. Yatağın yerləşdiyi torpaq sahəsinin əkin işlərinə yararlılıq dərəcəsinin müəyyənləşdirilməsi üçün lazımi qeydlər aparıldı. “Əhmədli” mişar daşı yatağı ötən ilin iyun ayında hərrac yolu ilə istismara verilib.
Agentlik tərəfindən Laçındakı sement xammalı yataqlarına da baxış keçirildi. “Kamallı-1” və “Kamallı-2”, “Minkənd-1”, “Qarakeçdi-1” və “Qarakeçdi-2” sement xammalı yataqlarına “AS İstehsal” MMC ilə birgə baxıldı. Sözügedən yataqlardan texnoloji sınaqlaşdırma aparılması məqsədilə nümunələrin götürülməsi üçün sahələr ayrıldı.
-
-
12 sentyabr 2025
Mədən Enerji Forumu qrupunun növbəti iclası keçirildi -
05 sentyabr 2025
Türkiyə ilə enerji sahəsində əməkdaşlıq real layihələrə əsaslanır -
29 avqust 2025
Yer təkindən istifadə üzrə növbəti hərrac keçirildi