10 iyul 2024
Milli dağ-mədən sənayesinə dəstək olan Çin şirkətilə görüş keçirildi
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini Natiq Şirinzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 9-da Sumqayıt Kimya Sənaye Parkının (SKSP) yeni rezidenti olan “Azerbaijan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr müəssisəsini ziyarət etdi, istehsal prosesi ilə tanış oldu. Nümayəndə heyəti mineral xammal çıxarıldıqdan sonra onun təkrar emalı zamanı kompleks istifadənin təmin olunmasına xüsusi diqqət ayırdı. Tanışlıq çərçivəsində həmçinin istehsal zamanı istifadə olunan mineral xammal növlərinin kompleks və minimum tullantı ilə istifadə perspektivi nəzərdən keçirildi.
İstehsal prosesi ilə ümumi tanışlıqdan sonra görüş keçirildi. Baş direktor Wang Zhiyi dedi ki, sənaye parkının 20 hektardan çox ərazisində Çinin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli, müxtəlif ölçülərdə keramik plitələrin istehsalı həyata keçirilir. Müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, region və MDB ölkələrinə ixrac olunur.
Görüş zamanı dağ-mədən sənayesi üzrə milli iqtisadiyyatımızın şaxəli
inkişafı, onun qlobal iqtisadiyyata inteqrasiyası, habelə müəssisənin mineral xammal bazasının
dayanıqlığının təmin olunması istiqamətində əlaqələrin genişləndirilməsinə dair fikir
mübadiləsi aparıldı.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı