
30 aprel 2025
Mineral xammal bazası və geoloji öyrənilmə işləri müzakirə edildi
İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzində “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal
bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın
2024-cü il üzrə ilkin monitorinq hesabatı müzakirə olundu. Mərkəzin icraçı
direktoru Vüsal Qasımlı Dövlət Proqramının uğurla icra olunduğunu vurğuladı,
2024-cü il üzrə icrası hədəflənən işlərə dair monitorinq nəticələri barədə məlumat
verdi.
Ekologiya və Təbii Sərvətlər
nazirinin müavini Vüqar Kərimov Dövlət Proqramının effektiv icrası ilə bağlı
mümkün addımların atıldığını, işin təşkilinin koordinasiyalı şəkildə həyata
keçirildiyini vurğuladı. Nazir müavini dedi ki, proqramın uğurlu icrası təkcə
resursların optimal idarə olunması üçün yox, ekoloji və iqtisadi davamlılığın təminatı
üçün də vacibdir.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Geoloji Kəşfiyyat Agentliyi və “AzerGold” QSC-nin nümayəndələri isə çıxışlarında 2024-cü il üzrə ilkin monitorinq hesabatı barədə rəy və təkliflərini diqqətə çatdırdılar. Yerin təkinin geoloji tədqiqi və mineral xammal bazasından səmərəli istifadənin təmin olunmasına dair növbəti Dövlət Proqramının uğurla hazırlanması məqsədilə potensial əməkdaşlıq imkanları müzakirə edildi.
-
-
24 aprel 2025
Qanunsuz istismara qarşı mübarizə davam edir -
-
08 aprel 2025
Yol layihələrinin icrasına xammal dəstəyi