04 iyul 2024
Mədənlərdə qanun pozuntularına qarşı mübarizə davam edir
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi
faydalı qazıntı yataqlarında müntəzəm monitorinqlər keçirir. Texniki baxış nəticəsində
müəyyən olunmuş qanunsuz hasilatla bağlı istismarçılar barəsində aktlar və inzibati
xəta haqqında protokollar tərtib olunub.
2024-cü ilin ilk yarısında görülən hüquqi tədbirlər:
*Qanun pozuntularına dair ümumilikdə fiziki və hüquqi şəxslər barəsində 23 protokol
tərtib olunub.
*20 fiziki və vəzifəli şəxs barəsində Agentlik tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, 3 hüquqi şəxs barəsində Agentlik tərəfindən tərtib edilmiş inzibati protokollar inzibati tənbeh verilməsi haqqında qərar qəbul olunması üçün məhkəmələrə göndərilib.
*Əməllərində cinayət tərkibi ehtimal edilən fiziki
və hüquqi şəxslər barəsində aktlar hüquqi qiymət verilməsi üçün Prokurorluq və Daxili İşlər orqanlarına təhvil
verilib.
Yeri gəlmişkən, dağ-mədən sənayesilə məşğul olan sahibkarları
bir daha yer təkindən istifadə zamanı diqqətli olmağa, qanunlara riayət etməyə
çağırırıq. Çünki istismar zamanı ekoloji duruma, ətraf mühitə və perspektivə daha
həssas yanaşmalıyıq.
Faydalı qazıntı yataqlarının qənaətlə və təhlükəsiz
istismarını təmin etmək Agentliyin başlıca prinsiplərindən biridir.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı