28 avqust 2023
Naxçıvan MR-da yer təki sahələrinin istifadəyə verilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.
Naxçıvan
Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hərracların Təşkili
üzrə Auksion Mərkəzi tərəfindən sentyabrın
14-də yerin təkinin istifadəyə verilməsi üzrə Naxçıvan şəhərində hərrac keçiriləcək.
Hərracda 1
lot üzrə Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşən “Əlincəçay”
qum-çınqıl yatağı satışa çıxarılacaq. Başlanğıc qiyməti 34500 manatdan başlayan
yatağın istismar müddəti 15 ilədəkdir.
Hərracda
iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq,
iştirak haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün Naxçıvan Muxtar
Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edə bilərlər.
(Naxçıvan şəhəri Cəlil Məmmədquluzadə küçəsi 42)
Hərracın
keçiriləcəyi ünvan: Naxçıvan şəhəri, Nəsrəddin Tusi küçəsi 19, (Naxçıvan Biznes
Mərkəzi MMC)
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı